“Oçneba” MSK-nın məşvərət qrupunu ləğv edir və iclasda qərar qəbul etmə qaydasını dəyişir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Deputatlar Anri Oxanaşvili və Davit Matikaşvili

2024-cü il parlament seçkiləri öncəsi “Gürcü Arzusu” seçki məcəlləsinə əlavə dəyişikliklər edir və Mərkəzi Seçki Komissiyasının məşvərət qrupunu ləğv edir. Bundan əlavə, mayın 2-də parlamentdə qeydiyatdan keçirilən qanun layihəsinə əsasən, MSK-nın iclasında qərarların qəbulu qaydasını sadələşdirilib.

Seçki Məcəlləsinə əsasən, MSK-nın Məşvərət Qrupu seçki dövrü ərəfəsində, seçkilərin təyin olunmasından sonra 10 gün müddətində yaradılır. O, Xalq Müdafiəçisi Aparatının nümayəndəsindən və monitorinq təşkilatları tərəfindən seçilmiş beynəlxalq və/və ya yerli mütəxəssislərdən - 9-dan az və 15-dən çox olmayan üzvdən ibarətdir. Məşvərət Qrupu mübahisələrə baxılması prosesi ilə bağlı MSK-ya tövsiyələr təqdim edir. Bu qrupa əlavə funksiyalar, xüsusən də səsvermənin nəticələrinin təkrar hesablanması prosesinə nəzarət etmək olar.

“Gürcü Arzusu”nun deputatları bildirirlər ki, Məşvərət Qrupunun ləğvinin məqsədəuyğunluğu mövcud praktiki təcrübə ilə təsdiqlənir. “Bu qrup faktiki olaraq fəaliyyət göstərmir ki, bu da əsasən monitorinq təşkilatlarının bu qrupun fəaliyyətində iştirak etmək istəməməsi ilə bağlıdır”, - qanun layihəsinin müəllifləri deyirlər.

Qanun layihəsində “Gürcü Arzusu”nun anti-dalan mexanizmi adlandırdığı mexanizm də müəyyən edilib. Xüsusilə, MSK-nın iclasında səsvermə nəticəsində komissiyanın tam tərkibinin azı üçdə ikisinin dəstəyini tələb edən MSK-nın qərarı qəbul edilmədikdə, MSK-nın bu qərarı yenidən, eyni iclasda səs verməyə qoyur. Qərar MSK-nın tam tərkibinin əksəriyyəti tərəfindən dəstəkləndiyi halda qəbul edilmiş hesab edilir.

Mövcud qanuna əsasən, seçki komissiyası alt kateqoriya seçki komissiyaları tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi, o cümlədən seçki dairəsinin/məntəqəsinin nəticələrinin ləğvi, məntəqə seçki komissiyasından daxil olmuş paketlərin açılması və seçki bülletenlərinin yenidən hesablanmasıilə bağlı qərarları səslərin üçdə ikisinin dəstəyi ilə qəbul edir.

“Xüsusilə mühüm qərarlar üçdə ikinin dəstəyi ilə qəbul edilir və bunun üçün müxalifət partiyalarının təyin etdiyi üzvlərin də dəstəyi nəzərə alınmışdı. “Gürcü Arzusu” bəzən MSK-da üçdə iki səs çoxluğu toplaya bilmir və bu maneəni tamamilə aradan qaldırmaq qərarına gəlib – sadə səs çoxluğu ilə, yəni onların rəhbərlik etdiyi klan vasitəsilə istənilən qərar qəbul etmək”, – deyə Seçki Komissiyasında “Lelo” partiyası Qiorqi Sioridze deyir. O, həm də MSK sədrinin müavini olub, lakin, parlament bu ilin martında müxalifətdən olan müavin vəzifəsini ləğv edib.

Qanun layihəsinin müəllifləri Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili, İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Rati İonatamişvili və çoxluğun digər üzvləri - Davit Matikaşvili, Aluda Ğuduşauri, Aleksandre Tabatadze, Tengiz Şarmanaşvili, İrakli Şatakişvili, Quram Maçaraşvili və Ketevan Çarkvianidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur