Ansamblları ilə birgə Xorvatiyada olan Nino və İliko Suxişvili “Gürcü Arzusu” tərəfindən “xarici agentlər haqqında” qanun layihəsinin yenidən irəli sürülməsini şərh ediblər. Onlar hesab edirlər ki, rus qanununun qəbulu Gürcüstanı Avropadan uzaqlaşdıracaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Unutmamalıyıq ki, bizim ən birinci xarici düşmənimiz Rusiyadır, xarici güc də, məhz öz aqressivliyi ilə Rusiyadır”, - deyə “Suxişvililər”in direktoru Nino Suxişvili bildirib.
Onun dediyi kimi, düz bir il əvvəl cəmiyyətin böyük bir hissəsinin etirazı nəticəsində uğursuzluğa düçar olmuş qanun layihəsinin qəbulunu Gürcüstan hökumətinin niyə “inadla” tələb etməsi çox təəccüblüdür.
“Bu il, bir sözdən başqa heç nəyi dəyişdirilməyən bu qanun layihəsinin qəbulu ideyasının yenidən gündəmə gəlməsi təəcüblüdür. Çıxarılan sadəcə agent sözüdür, yoxsa, prinsipcə, bu, tamamilə eynidir və bu qanun layihəsinin əhatə etdiyi təşkilatlar, mən hesab etmirəm ki, onlar xarici güclərin və xarici dövlətlərin maraqlarının daşıyıcılarıdır. Əksinə, Gürcüstanın demokratik yolunu, söz azadlığını, cəmiyyətimizdə tənqidi fikrin bərqərar olmasını qoruyan da məhz onlardır ki, bu da uğrunda mübarizə apardığımız demokratiya üçün çox önəmlidir.
Biz indi xaricdəyik, Avropa ölkələrinə, məhz bizim müttəfiqimiz, dostumuz olan və heç bir xarici güc olmayan ölkələrə səyahət edirik. Hesab edirəm ki, bu, ölkəmizin gələcəyi üçün təhlükə olacaq, çünki biz sülh, təhlükəsizlik və Avropa gələcəyi istəyirik. Qorxuram ki, bu qanun bizim dost ölkələrimizin ölkəmiz haqqında fikirlərini dəyişsin”, - deyə Nino Suxişvili bildirib.
“Pirveli” televiziyasına İliko Suxişvili də şərh verib. Onun sözlərinə görə, hazırda Gürcüstan Qərbdə Avropa perspektivindən yayınmaq üçün hər cür səy göstərən ölkə kimi görünür.
“Düşünmürəm ki, bu gözəl görünsün. Hər dəfə belə bir təhlükə ilə üz-üzə qaldıqda, 9 aprel faktiki olaraq bizim üçün təkrarlanır və biz sovet rejimindən, bu günə qədər, bu qədər nəsillər boyu buradan çıxa bilməmişik, indiki rejim isə öz formatı ilə heç də təhlükəsiz deyil, biz azadlıq perspektivindən uzaqlaşırıq. Mən bunu həqiqətən başa düşə bilmirəm. Hadisələrin necə inkişaf edəcəyini bilmirəm. Ümid edirəm ki, dünya bizi xalqımızın iradəsi kimi görür. Ay sonunda gəlirik. Ümid edirəm, ona qədər Rusiyanı başımızdan dəf edəcəyik”, - İliko Suxişvili bildirib.
“Gürcü Arzusu” 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunun parlament tərəfindən üç oxunuşda qəbul olunması istəyir. Qanun layihəsinin mətni eynidir - yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” ifadəsi ilə əvəz edilib. Rus qanununun yenidən irəli sürülməsini partiyanın fəxri sədri Bidzina İvanişvili də dəstəkləyir. Rus qanunu Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı, həmçinin BMT və NATO tərəfindən tənqid olunur. Strateji tərəfdaşlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət təşkilatları və media qurumlarının işinə mənfi təsir göstərəcək.