2017-ci ildən ömürlük təyin edilən Tbilisi Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Maka Qvelesiani istefa verib və Amerika Birləşmiş Ştatlarına mühacirət edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ali Ədliyyə Şurasının üzvü, Tbilisi Apellyasiya Məhkəməsinin İnzibati İşlər Palatasının hakimi Levan Murusidze “Pirveli” teleşirkətinə bildirib ki, Şura artıq Maka Qvelesianinin ərizəsi əsasında onun səlahiyyətlərinə xitam verib.
“Şuraya məktubla müraciət etdi, onunla əlaqə saxladıq və getdiyini təsdiqlədi, ifadəsində yazdı ki, şəxsi və ailə şəraitinə görə və könüllü olaraq... insan bəzən işini dəyişir, bir işdən digərinə keçir, yaşamaq üçün başqa ölkəyə köçür. Müvafiq olaraq, o, ərizə yazdı, Ədliyyə Şurasına müraciət etdi və səlahiyyətlərinin dayandırılmasını istədi. O, ifadəsinin düzgünlüyünü təsdiqləyib və səlahiyyətlərinə xitam verilib”, - deyə Levan Murusidze bildirib.
Murusidzenin sözlərinə görə, hakimlər “dözülməz şəraitdə” işləməli olurlar. Buna görə o, medianı günahlandırır.
“Danışığınla bizi təhqi etmirsiniz? Hakimlər dözülməz şəraitdə işləməli olmurlar? Hansısa qərara görə hakimlərə təzyiq edirsinizsə, onlar stresə düşürlər və heç kim həqiqətən işləmək istəmir. Müsabiqə elan etmişik və heç bir müraciət daxil olmayıb - 80 vakant yerə 20 ərizə verilib ki, onların da əksəriyyəti məhkəmə sistemindəndir. Şəxsən mənə qarşı çox təzyiq göstərilir. [ölkəni tərk etmək haqqında] Əlbəttə, necə düşünməmişəm. Mən tez-tez fikirləşirdim... amma, sonda o qədər şüylər etdiniz ki, sizə görə məhkəmə sistemini tərk etməyə dəyməz”, - Murusidze bildirib.
Maka Qvelesiani Amerika Birləşmiş Ştatlarına mühacirət edən ilk hakim deyil. 2021-ci ilin aprelində Tbilisi Şəhər Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının ömürlük hakimi olmuş Maia Svianadze ABŞ-a məzuniyyətə gedib və orada qalıb. Keçmiş hakimin izah etdiyi kimi, onun məhkəmə sistemindən getməsi konkret iş və ya siyasi təzyiqlə bağlı olmayıb. “Mənim ABŞ-da yeganə övladım və iki nəvəm var və bu qərarımınn əsas səbəbi oldu. Təbii ki, bu, asan qərar deyildi, amma mənim üçün ailə istənilən vəzifədən qat-qat önəmlidir”, - deyə Ali Ədliyyə Şurasının qərarı ilə 2017-ci ildən ömürlük bu vəzifəyə təyin edilmiş Svianadze bildirib.