18 yaşına çatmamış onkoloji xəstələrin diaqnostika və müalicəsini dövlət tam şəkildə maliyyələşdirəcək. Bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib. Söhbət Türkiyə, İsrail və İspaniyadakı klinikalarda müalicə və diaqnostikadan gedir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səhiyyə naziri Zurab Azaraşvilinin sözlərinə görə, hər il, bu cür müalicəyə ehtiyacı olan 300-ə yaxın uşaq olur.
“Valideynlərin övladlarını hansı klinikada müalicə etmək istədiklərini seçmək imkanları olacaq. Onların İspaniyada proton terapiyası imkanının olması da vacibdir ki, bu da tam maliyyələşdiriləcək. Türkiyə və İspaniyada təklif olunan şərtlərə uşaq və bir yoldaşın həyatı da daxildir, İsraildə isə yox”, Azaraşvili qeyd edib.
Müalicənin maliyyələşdirilməsi üçün illik büdcə 30 milyon lari təşkil edir.
“Texniki detallar qalıb. Düşünürəm ki, müalicə gələn aydan mümkün olacaq”, - Zurab Azaraşvili bildirib.
Səhiyyə nazirinin sözlərinə görə, bu müvəqqəti tədbirdir və Gürcüstanda uşaq onkologiyası şöbəsi tam fəaliyyətə başlayana qədər qüvvədə olacaq.
Proqram hökumət tərəfindən yaradılmış “Gürcüstan Həmrəylik Fondu” tərəfindən həyata keçiriləcək.