Macarıstanın baş naziri Viktor Orbanın sağçı populist “Fidesz” partiyası Avropa Parlamenti seçkilərində səslərin 44,6%-ni qazanıb və bu, son 20 ildəki ən pis göstəricidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2009-cu ildən sonra Orbanın partiyasının nəticələri 50%-i keçmişdi, 2004-cü ildə isə 47,4% nəticə əldə etmişdilər. Bu o deməkdir ki, “Fidesz”in Avropa Parlamentində 11 deputatı olacaq, hazırda isə 13 deputatı var.
2010-cu ildən hakimiyyətdə olan "Fidesz"in əsas rəqibi, yeni sağ mərkəzçi partiya - Piter Maqyarın rəhbərlik etdiyi TISZA 29,7% səs toplayıb və parlamentdə 7 mandat alacaq. Reuters yazır ki, ilin əvvəlində siyasətə girən Maqyar seçicilərə korrupsiyanın kökünü kəsəcəklərini və Orbanın hakimiyyəti altında pozulmuş, hansı ki, bunu tənqidçilər deyir, demokratik nəzarət və tarazlığı bərpa edəcəklərini vəd edib.
Macarıstandan daha 2 mandat “Sosial-Demokratik Alyansı"nın bir mandat isə ultrasağçı “Vətənimiz” partiyasının olacaq.
Rusiya ilə sıx işgüzar əlaqələri qoruyan və Aİ-nin Ukraynaya yardım təşəbbüslərinə mane olan Viktor Orban Gürcüstan hökumətini dəstəkləyir. Aprelin 25-də Gürcüstanın baş naziri İrakli Kobaxidze Macarıstanda keçirilən “Mühafizəkar Siyasi Fəaliyyət” konfransında çıxış edərək Orbanın “örnək alınası nümunə" olduğunu deyib.
Avropa Parlamentinə seçkilər iyunun 6-9-da keçirilib və sağ mərkəzçi partiyaların alyansının qələbəsi ilə başa çatıb. İlkin rəsmi nəticələrə görə, Avropa Xalq Partiyası (APP) parlamentdəki 720 yerdən 186-nı qazanacaq. 2019-cu il seçkilərində APP 176 mandat qazanmışdı. "Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı" (S&D) ikinci yerdədir - 135 yer. İlkin nəticələrə görə, “Avropanı Yenilə” (Renew Europe) 79, “Avropa Mühafizəkarları və İslahatçılar” (ECR) - 73, “Kimlik və Demokratiya” (ID) - 58, “Yaşıllar”/EFA - 53, "Sol" (Left) partiyasının isə 36 deputatı olacaq. 45 və 555 mandatın yuxarıda göstərilən siyasi qrupların heç birinə aidiyyatı olmayan üzvlərə və yeni seçilmiş üzvlərə ayrılması gözlənilir, hansı ki, 2019-2024-cü illərdə parlamentdə yaradılmış heç bir siyasi qrupa daxil deyillər.
Avropa Parlamenti üzvünün mandatı beş illikdir.