“Palitra News” telekanalında “Newsroom” siyasi proqramı bağlanıb. Proqramın aparıcısı Koka Kvirkveliyanın deyir ki, o, qərardan bu gün, qəfildən xəbər tutub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bax belə, bu gün də gəldi, amma sürpriz olaraq bildim. 5 ildir məşğul olduğum və məncə, elə də keyfiyyətsiz olmayan “Newsroom” siyasi verilişi yayımlanmayacaq. İndiki mərhələdə daha deməyə sözüm yoxdur”, – jurnalist sosial şəbəkədə yazıb.
Teleşirkətin icraçı direktoru Levan Tabatadze bu qərarın “Gürcü arzusu”nun “Palitra News”un redaktor siyasətini tənqid etməsi ilə bağlı ola biləcəyi versiyasını təkzib edir. Onun sözlərinə görə, proqramın bağlanması daxili qərardır.
Mayın 25-də filosof və hökumət təbliğatçısı Zaza Şatirişvili məktub yayımlayaraq edərək yazır ki, amerikalılar Gürcüstanda “psevdoşuaşist qanad yaratmağa” çalışırlar. Onun sözlərinə görə, bunun davamı “Palitra” media holdinqinin Davit Kezeraşviliyə verilməsidir.
“Psevdoşuaşist qanadın güclənməsi üçün psevdoşuaşist media platforması lazımdır ki, bunun üçün “Palitra” ən yaxşı vasitə idi. Lakin nə yaxşı ki, “Gürcü arzusu” tezliklə bu ideyanı duydu və vaxtında yeni “formula”ya çevrilmiş “palitrası”ndan ayrıldı”, - Şatirişvili deyir.
Onun sözlərinə görə, “psevdoşuaşist qüvvə” yaratmaq üçün bu yaxınlarda siyasi səhnəyə Bidzina İvanişvilinin keçmiş vəkili Viktor Ğipiani gətirilib. Ğipiani bir neçə gün əvvəl “Newsroom” tok-şousunun qonağı olub və orada siyasətə qoşulacağını istisna etmədiyini deyib.
Hakim partiya iki ay əvvəl “Palitramedia”nın redaksiya siyasətini tənqid etməyə başlayıb, bundan əvvəl martın 27-də hökumətyönlü “ongo.ge” portalında “Kezeraşvili “Palitra Media”nı maliyyələşdirir” başlıqlı məqalə dərc olunmuşdu. Martın 28-də “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze “Palitra Media”nın redaksiya siyasəti ilə Kezeraşvilinin ikinci televiziyasına çevrildiyini açıqlayıb.
“Məndə heç bir sübuta əsaslanan məlumat yoxdur, amma bu televiziyanın və ya ümumilikdə bu holdinq proqramının məzmununa və son üç ayda necə dəyişdiyinə nəzər salsanız, məlum olur ki, bu televiziyanın maliyyələşdirmə hissəsində bəzi dəyişikliklər olub. Əgər əvvəllər “Palitra Holdinq” özünü neytral yayımçı kimi göstərməyə çalışırdısa, bu gün artıq Kezeraşvilinin “Formula 2” televiziyasının analoquna çevrilib, yəni özünü balanslaşdırılmış televiziya kimi təqdim etməyə çalışırdı, bu gün isə Kezeraşvilinin televiziyası olan “Formula”ya bənzəyir və onun yayımı ilə digərinin yayımı arasındakı fərq mahiyyət etibarilə yoxdur. Bütün bunlar təbii ki, burada Kezeraşvilinin qanlı pulunun qarışdığına dair şübhələri gücləndirir”, - deyir Kobaxidze.
“Palitra Media” biznesmen Davit Kezeraşvili ilə əlaqəsi barədə məlumatı yalan adlandırır.