Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, o, 13-14 may tarixlərində Gürcüstana səfər etməyi planlaşdıran Almaniya, Polşa, Çexiya və Baltikyanı ölkələrin parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşə bilməyəcək. Bu günlər üçün parlamentdə rus qanununun üçüncü, yekun oxunuşunun müzakirəsi planlaşdırılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir neçə ölkənin - əsasən Baltikyanı ölkələr, Almaniya, o cümlədən Polşa, Çexiya, səhv etmirəmsə, parlamentin Xarici Əlaqələr Komitəsinin sədrləri səfər etmək istəklərini bildirdilər və həmçinin mənimlə görüş istəklərini də ifadə etdilər. Mən onlara dedim ki, 13-14, yəni bazar ertəsi-çərşənbə axşamı səfər üçün yaxşı vaxt deyil, çünki qanun layihəsinin üçüncü oxunuşu olacaq və onsuz da əsaslı söhbət etmək üçün yaxşı vaxt deyil və bu müzakirələrdən sonra başqa vaxt olsa yaxşı olar.
Biz, əlbəttə ki, istənilən məsələni müzakirə etməyə hazırıq və ümumiyyətlə, parlamentlərlə kollegial əməkdaşlığı yüksək qiymətləndiririk. Anladığım kimi, yenə də gələcəklər. Bununla belə, mən onlara onu da bildirdim ki, nümayişlər əvvəlki hallarda zorakı xarakter daşıdığından və biz görürük ki, bu yavaş-yavaş daha da zorakılığa doğru gedir, zorakılıq aksiyaları üçün planlar var və onların bura səfəri radikal müxalifətin radikal hərəkətləri üçün həvəsləndirici ola bilər, ona görə də mən onlara nu da dedim ki, bunu nəzərə alsınlar. Mən görüşə bilməyəcəm, çünki bazar ertəsi-çərşənbə axşamı məsələlərin üçüncü oxunuşudur. Təəssüf ki, mənim bu məsləhətim nəzərə alınmadı”, - deyə Papuaşvili bu gün keçirilən brifinqdə bildirib.
Aprelin 5-də 12 ölkənin – Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, Norveç və Böyük Britaniya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri “Gürcü Arzusu”nu qanununu geri götürməyə çağırıblar. Onların birgə bəyanatında deyilirdi ki, qanunun yenidən irəli sürülməsi Gürcüstanın Avropa perspektivinə və namizəd statusuna zərbə vuracaq.