Parlamentin Xarici əlaqələr, müdafiə və təhlükəsizlik komitələrinin birgə iclasında “Gürcü arzusu” parlament çoxluğunun üzvlərinin təşəbbüsü ilə irəli sürülmüş, məqsədi hökumətə bağlı olmayan müstəqil media və qeyri-hökumət təşkilatlarını daha korrupsiyadan, yoxsulluqdan, qanunsuzluqdan, zülmdən danışmasınlar deyə susdurmaq olan hər iki qanun layihəsini dəstəkləyib. Eyni məqsədləri daşıyan belə bir qanun 2012-ci ildə Rusiyada qəbul edildi və tənqidi səs boğuldu. Avropa Birliyi belə bir qanunu qadağan edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Komitələrin birgə iclası daha çox insanın iştirak edə biləcəyi Birinci Respublika zalında keçirilməli idi, lakin sonradan iclasın Juli Şartava adına daha kiçik zalda keçirilməsi qərara alındı. Qanun layihələrinin müzakirəsi parlament çoxluğunun iclası açmasına imkan vermədiyi üçün müxalifətçi deputatların bir qisminin zaldan çıxarılmasından sonra başlayıb. Media nümayəndələri zala buraxılmayıb, bundan sonra onlar bütün gün parlament binasında qanun layihələrinin əleyhinə aksiya keçiriblər.
Parlament çoxluğundan Quram Maçaraşvili və Dimitri Xundadze iddia ediblər ki, onların təqdim etdiyi qanun layihələri Amerika Birləşmiş Ştatlarında 1938-ci ildən qüvvədə olan qanunvericiliyə əsaslanır və “rus qanunu” ilə heç bir əlaqəsi yoxdur.
“1938-ci ildə Amerika milli təhlükəsizlik maraqları üçün bu qanunu qəbul etdi. Sənin üçün milli təhlükəsizlik hakimiyyəti saxlamaqdan başqa bir şey deyil. Rusiya və o vaxtki faşizm Amerika Birləşmiş Ştatlarına qarşı düşmən mövqeli idi və bu gün siz mənə deyirsiniz ki, Qərb sizin düşməninizdir. Əgər Qərb düşmən, Rusiya isə xeyirxahdırsə, hər şey aydındır. Şəffaflıqla heç bir əlaqəsi olmayan şəffaflığa işarə edərək, Qərbi düşmən elan edib Qərbin dəstəklədiyi qeyri-hökumət təşkilatlarını, medianı Sovet irsi çərşivəsində “agent” in nə mənaya gəldiyini çox yaxşı bildiyiniz halda “agent” adlandırırsınızsa əsas bədbəxtlik budur. Bunu sizə mən demirəm, bütün qərb tərəfdaşları deyir”, - müstəqil deputat Teona Akubardiya bildirib.
“Bu təşəbbüsü imzalayanların hamısı, hər biriniz Putinistsiniz, bu ölkənin maraqlarına zidd hər şeyi edə biləcək bu ölkənin düşmənisiniz. Siyasi iradəniz sıfırdır. Sizə deyilənləri yerinə yetirirsiniz və ifadəmə görə üzr istəyirəm, heç bir şey vecinizə deyil. İclas keçirilir, cənab sədr və iclasın ətrafında DTX dayanır. Siz rusların maraqlarının daşıyıcısısınız, bu ölkəni məhv edirsiniz, ölkələnin yarıdan çoxuna agent deməyə çalışırsınız ki, belə bir münaqişə olsun. Siz vətən xainisiniz. Bu ölkədə və ya ölkədən kənarda elə bir qurum qalmayıb ki, 30 ildir bu ölkəyə yardım etməsin və Avropa bundan üz döndərəcəyini desin. Siz Avropaya arxa çevirmək istəyirsiniz”, - “Respublikaçılar”ın sədri Xatuna Samnidze bildirib.
Deputat Armaz Axvledianinin sözlərinə görə, eyni adlı Agentlər haqqında qanun layihələrinin dəstəklənməsi Gürcüstanın Konstitusiyasına və konstitusiya quruluşuna zidd addımdır:
“Hər kəs başa düşməlidir ki, bu qərarı qəbul etmək Gürcüstanın strateji seçimindən imtina etmək deməkdir, təkcə Qərbə gedən yolu bağlamaq deyil, həm də cəmiyyətimizin böyük bir hissəsinə artıq normal gələcəyimizin olmayacağını söyləmək deməkdir. Sizdən dəstək verməyə hazır olanlar, dəstəkləyin, amma bilin ki, bu parlamentin sonu, bu həyasızlığın sonu olacaq və hamınız bilirsiniz ki, bu uzun çəkməyəcək. Bilin ki, bu buradan keçə bilməz. 30 il ərzində Gürcüstanda heç kim qərb kursunun qarşısında dayana bilmədi. Bunu ödəyə bilməyəcəksiniz. Ona görə də onu geri çəkin, Gürcüstanın gələcəyi ilə bu oyunu bitirin və bu oyuna son qoymasanız, bilin ki, gürcü xalqı bu hakimiyyəti bitirəcək, çünki bu, Gürcüstanın maraqlarına zidd olan biabırçılıq və zərərdir”.
“Gürcü arzusu”nun üzvü Nino Tsilosani hesab edir ki, “Agentlər haqqında” qanunvericilik təşəbbüsünün problemi yalnız “xarici təsir agenti” terminidir. Onun dediyinə əsasən, o, hesab etmir ki, kiminsə hansısa partnyor təşkilatın, tərəfdaş ölkələrin maliyyəsini gizlədəcək bir şeyi olsun.
“Mən düşünmürəm ki, bu qanundaki problem şəffaflıq deyil. Demək istərdim ki, əsl problem və əsas narahatçılıq yaradan, “xarici təsir agenti” terminidir. Odur ki, sizə təklif etmək və sizdən xahiş etmək istədiyim odur ki, adı müzakirə edəsiniz, bu adın bu sahədə çalışan çox sayda, həqiqətən dürüst təşkilat və insanları gözdən salmasına imkan verməyəsiniz.
Əlbəttə, əminəm ki, ünsiyyətdə olduğum kəslərdən, heç kimin şəffaflıq və məsuliyyət problemi olmamalıdır. Ona görə də bu təklifi irəli sürürəm ki, mənim üçün də müəyyən diskomfort və ciddi narahatlıq doğuran bu adla bağlı konsensus əldə olunsun”.
"Bu diversiya sizin məsuliyyətinizin mövzusudur ki, Gürcüstanı ikinci dəfə sovetləşdirmək ağlınıza gəlib və sonra bunu vərəqə daşıyıb bu günki vəziyyəti təşkil etmisiniz. Bu sizin məsuliyyətinizdir. Burada Aİ-yə üzv olması üçün yerinə yetirməli olduğumuz 12 maddədən danışmaq və Avropaya yaxınlaşmaq əvəzinə, siz bu yolu bağlayır və dağıdırsınız, bu isə, sizin və sizlərdən bu qanuna əl qoyan hər kəsin məsuliyyətidir. Bu, rus məqsədləri ilə bir rus qanunudur. Burada olanlardan kimsə bu qanunun niyə bu cür problem təşkil etdiyini və onda nəyin olduğunu başa düşə bilmirsə onu deyim ki, sözlər, terminlər deyil də, qanunun məzmunu rus məzmunudur. Beləliklə, ya bu niyyətə əl atın, ya da çox ağır nəticələrə görə göz yumacaqsınız. Bu ölkə bir dəfə sovetləşdirildi, amma bunun ikinci dəfə baş verməsinə heç kim imkan verməyəcək. Mixeil Javakhişvili deyib: "Qanununu burada həyata keçirdiyiniz Rusiayaya kimki can atır, ya səfehdir ya da əclaf! İndi isə, hansı olmaq istədiyinizi siz seçin”, - “Lelo”nun üzvü Anna Natsvlishvili deyib.
Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze qeyd edib ki, “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirə olunması üçün hüquqi məsələlər komitəsinə terminlərə göz gəzdirilməsi və müvafiq diskusiyaların keçirilməsi şəərti ilə təhvil veriləcək.
“Biz zəmanət verə bilərik ki, əgər bu qanun layihəsi qanuna çevrilərsə, elə bir qanuna çevriləcək ki, Avropa inteqrasiyasına heç bir mane törətməyəcək. Bizə bu məsələyə ona görə zəmanət veririk ki, artıq beynəlxalq tərəfdaşlarımızla razılaşdırılmış və bu qanunun qəbul olunub-olunmama məsələsində Venesiya Komissiyasının nəticəsinə əsasən hərəkət edəcəyik. Bu əsas məsələdir. Avropa inteqrasiyasına necəsə mane ola biləcəyimiz həqiqətə uyğun deyil”, - Samxaradze bildirib.
Qanun layihələrini martın 5-də Hüquq Məsələləri Komitəsinin iclasında müzakirə edəcəklər.