Parlamentin üzvü, “Gürcü Arzusu”nun fraksiya sədrinin birinci müavini Qia Tsaqareişvili İşğal Olunmuş Ərazilərdən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Mixeil Sarcveladzenin müavini təyin edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tsaqareişvili “xarici agentlər” haqqında rus qanununun qəbulunu dəstəkləyən 84 deputatdan biridir.
Qia Tsaqareishvili 2004-2016-cı illərdə 6-cı, 7-ci və 8-ci çağırış parlamentin deputatı olub, 2017-2018-ci illərdə isə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müşaviri vəzifəsini tutub.
Qia Tsaqareişvili 2020-ci il parlament seçkiləri üçün “Gürcü Arzusu”nun proporsional siyahısında 65-ci olub. Seçkilər nəticəsində “Gürcü Arzusu” 60 proporsional mandat qazanıb və bu səbəbdən o, 10-cu çağırış parlamentə düşə bilməyib. Qia Tsaqareişvili qanunverici orqana 2022-ci ildə daxil olub və xaric edilmiş üzv Kaxa Kuçavanı əvəz edib.
Tsaqareişvilini Arçil Qorduladze əvəz edəcək və oktyabrın 26-da Gürcüstan əhalisi 11-ci çağırış parlamenti seçəcək.