Parlament “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş rus qanununu ikinci oxunuşda nəzərdən keçirib və 23 əleyhinə 83 lehinə səslə dəstəkləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səsvermədən əvvəl baş nazir İrakli Kobaxidze brifinq keçirərək bəyan edib ki, “Gürcü Arzusu” güzəştə getmək və rus qanununu geri götürmək fikrində deyil. Qanunun müəlliflərindən biri Anri Oxanaşvili də eyni şeyi təkrarlayıb.
“Seçim sadədir. Başlanmış işi sona çatdırmalıyıq. Biz sona qədər mübarizə aparacağıq, sona qədər müdafiə edəcəyik. Ləyaqətlə Avropaya doğru! Dillə, yirdla, imanla! Yaşasın vahid, suveren Gürcüstan! Mən sizi qanun layihəsini dəstəkləməyə çağırıram”, - Oxanaşvili səsvermədən əvvəl deputatlara müraciət edib.
Rus qanununu dəstəkləyən deputatlar bunlardır: Zaza Lominadze, Davit Matikaşvili, Samvel Manukiani, Levan Maçavariani, Levan Mqaloblişvili, İrakli Mezurnişvili, Qoqi Meşveliani, İrakli Medzmariaşili, Savalan Mirzoyev, Qivi Mikanadze, İmade Nikuradze, Anton Obolaşvili, Beka Odişaria, Anri Oxanaşvili, Şalva Papuaşvili, Qela Samxarauli, Viktor Sanikidze, Davit Sonğulaşvili, Qiorqi Sosiaşvili, Aleksandre Tabatadze, Nodar Turdzeladze, İrakli Kadaqişvili, Levan Karumidze, Merab Kvaraia, Salome Kurasbediani, Aluda Ğuduşauri, Tengiz Şarmanişvili, İrakli Şatikaşvili, Qiorqi Çakvetadze,Qoderdzi Çankseliani, Ketevan Çarkviani, Vasil Çiqoqidze, Qiorqi Tsaqareişvili, Bejan Tsakadze, Nino Tsilosani, Xatia Tsilosani, Qreta Tsitsava, Şota Xabareli, Qiorqi Xaxubia, Salome Jinjolava, Qiorqi Barvenaşvili, Qia Benashvili, Rima Beradze, Maia Bitadze, Anzor Bolkvadze, Eliso Bolkvadze, Maka Bojorişvili, Elquca Qoçirice, Beka Davituliani, Aleksandre Dalakişvili, Zaur Darğali, İsko Dasen, Zaal Duqladze, Qoça Enukidze, Qia Volski, İrma Zavradaşvili, İrakli Zarkua, Arçil Talakvadze, Edişer Toloraia, Rati İonatamişvili, Lado Kaxadze, Baia Kvitsiani, İrakli Kirtsxalia, Sumbat Kiureğiani, Levan Kobiaşvili, Resan Kontselidze, Mariam Laşxii, Dimitri Samxaradze, Davit Kaçarava, Quram Macarashvili, Sozar Subari, Eka Sefashvili, Viktor Caparidze, Irakli (Daçi) Beraia, Zaal Mikeladze, Dimitri Xundadze, Mixeil Kavlelaşvili, Avtandil Enukidze, Fridon İncia, Qiivi Çiçinadze.
Parlament çoxluğunun lideri Mamuka Mdinaradze səhhətinə görə bugünkü plenar iclasda iştirak etməyib. ABŞ-da işgüzar səfərdə olan Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze də sessiyada iştirak etməyib. Müvafiq olaraq, onlar səsvermədə iştirak edə bilməyiblər.
Parlament müxalifəti üzvlərinin fikrincə, “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili və 83 deputat beynəlxalq partnyorların qanunun dəstəklənəcəyi təqdirdə, ölkəni Avropa İttifaqının üzvü ola bilməyəcəyi xəbərdarlığına məhəl qoymadan Rusiyanın xeyrinə geosiyasi seçim ediblər.
Plenar iclasdan sonra “Gürcü Arzusu”nun üzvləri Daxili İşlər Nazirliyinin təşkil etdiyi polis kordonu ilə qanunverici orqanı tərk edərək parlament qarşısında davam edən etiraz aksiyasından yayınıblar.
Rus qanununun nəhayət qəbul edilməsi üçün o, Hüquq Məsələləri Komitəsində üçüncü oxunuşda müzakirə edilməli və səsə qoyulmalıdır, bundan sonra o, plenar iclasa çıxacaq. Rus qanununun təsdiqlənməsi üçün 76 deputatın dəstəyi kifayət edəcək.
Prezident Salome Zurabişvili dəfələrlə bəyan edib ki, o, rus qanununa veto qoyacaq, lakin, “Gürcü Arzusu” bunu aşmaq üçün resursa malikdir.