Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün növbəti dəfə “Dağ Xəbərləri” onlayn nəşrinə hücum edib. Nəşrimizin Şovidəki faciəni təbii fəlakətin ilk dəqiqələrindən işıqlandırması onun xoşuna gəlmir. Hökumət nümayəndələri və “Gürcü Arzusu” siyasi komandasının liderləri bunu bəyənmir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xüsusilə böhran dövründə ictimaiyyəti məlumatlandırmaq bizim borcumuzdur. İndi də biz ancaq bunun üzərində cəmləşmişik, hakimiyyətin məqsədi bizi yanıltmaq, diqqətimizi başqa məsələlərə yönəltmək, cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Biz hakimiyyətlə siyasi debatlara qoşulmaq fikrində deyilik.
Hökumət artıq fəlakət zonasına daxil olmağımıza icazə vermir, dövlət qurumlarında ictimai məlumatların yayılmasını məhdudlaşdırıb. Bizim, faktiki olaraq, bir sıra sənədlərlə tanış olmaq imkanımız yoxdur. Buna baxmayaraq, biz təbii fəlakətlərin səbəblərini araşdırmaqda, cinayət əlamətləri olan faktları aşkara çıxarmaqda və ictimaiyyətə qərəzsiz məlumat verməkdə davam edəcəyik.
Son günlər “Gürcü Arzusu” “Dağ Xəbərləri”nə qarşı aqressiv kampaniya aparır. Bu, jurnalistlərimizin fiziki toxunulmazlığını və peşə fəaliyyətini təhdid edir, parlament sədrinin, parlament çoxluğunun liderinin və digər ictimai xadimlərin əsassız və məsuliyyətsiz bəyanatları zorakılığın təhlükəli formalarını təşviq edir. Aidiyyatı qurumları “Dağ Xəbərləri” jurnalistlərinin təhlükəsizliyini təmin etməyə çağırırıq.