Parlamentdə medianın məhdudlaşdırıldığı qayda Konstitusiya Məhkəməsinə şikayət edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Konstitusiya Məhkəməsi “Formula” teleşirkətinin jurnalistləri Qiorqi Kikabidze və Qennadi Kvaçaxianın parlamentdə KİV-in məhdudlaşdırıldığı qaydanın konstitusiyaya uyğunluğunu mübahisələndirən şikayətini baxılması üçün qəbul edib.

Söhbət parlament sədrinin 2023-cü il 6 fevral tarixli sərəncamından gedir, harada ki, KİV nümayəndələrinin parlamentdə akkreditasiyasının yeni qaydası müəyyən edilir. Sözügedən sərəncama əsasən, deputat, aparatın əməkdaşı və ya parlamentə gələn şəxs müsahibə verməkdən imtina etdikdə jurnalist müsahibəni dayandırmağa borcludur. Tələbə tabe olmadıqda, sərəncamda jurnalistin akkreditasiyasının dayandırılmasının mümkünlüyü nəzərdə tutulur.

2023-cü il mayın 11-də bu qayda əsasında “Formula”nın jurnalistləri Qiorqi Kikabidze və Qennadi Kvaçaxianın akkreditasiyası dayandırılıb. Jurnalistlər Rusiya prezidenti Vladimir Putinin Gürcüstana vizasız rejimin tətbiqi ilə bağlı mövqe ortaya qoymaq məqsədilə parlament üzvlərindən birinə sual verməyə cəhd ediblər. Deputat şərh verməkdən imtina edib və jurnalistləri müsahibəni dayandırmağa çağırıb. Süjet efirə getdikdən sonra parlamentin aparat rəhbərinin qərarı ilə hər iki “Formula” jurnalistinin bir ay müddətinə parlament binasında işləməsinə qadağa qoyulub.

Gürcüstan Demokratik Təşəbbüsünün (GDI) qiymətləndirməsinə görə, parlament sədrinin sərəncamı informasiyanın sərbəst əldə edilməsi və yayılması hüququna ziddir. Xüsusilə, sərəncam parlamentə sualları hakim partiyada diskomfort yarada biləcək jurnalistlərin akkreditasiyasını məhdudlaşdırmaqla səlahiyyətlərindən sui-istifadə etmək imkanı verir. Jurnalistlər akkreditasiyanın dayandırılmasından qorxaraq, hakim partiyaya tənqidi suallar verməkdən yayına bilərlər ki, bu da ictimaiyyətin ölkədəki aktual məsələlərlə bağlı məlumatlandırılmasına mane olacaq”, - GDI hesab edir. Konstitusiya şikayəti də məhz GDI-nin dəstəyi ilə hazırlanıb

Qiorqi Kikabidze və Genadi Kvaçaxiyadan başqa, 2023-cü ildə parlament bu qaydanı əsas tutaraq “Gürcü arzusu”nun deputatlarının suallarını dinləyib cavablandırmaq istəmədiyi bir sıra jurnalistlərin akkreditasiyasını dayandırıb.

Konstitusiya Məhkəməsi GDI-nin hazırladığı daha bir şikayəti qəbul edib. Parlament sədrinin 4 sentyabr 2023-cü il tarixli sərəncamına əsasən (Gürcüstan Parlament Sarayında təhlükəsizliklə bağlı) parlamentə gələnlərə bannerlər nümayiş etdirmək və məlumat materiallarını yaymaq, habelə nümayiş üçün nəzərdə tutulmuş materialları, plakatlar, bannerlər, yazıları yapışdırmaq və ya başqa şəkildə yerləşdirmək qadağan edilib. Eyni sərəncamla Parlament Aparatının icazəsi olmadan binaya səsgücləndirici və səs siqnal cihazlarının gətirilməsi də qadağan edilib. Qadağalara səbəb parlamentdə təhlükəsizlik qaydalarına riayət olunması olub. GDI-nin qiymətləndirməsinə görə, qəbul edilmiş qaydalar əsassız olaraq ifadə azadlığını məhdudlaşdırır və vətəndaşların parlament fəaliyyətinə cəlb olunmasına mane olur.

Parlament sədri ilk sərəncamı “Xarici agentlər haqqında” adlanan rus qanunun qəbuluna bir neçə gün qalmış, ikinci sərəncamı isə nümayişçilərin səyi ilə rus qanununun ləğvindən sonra qəbul edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur