Parlamentdə Mixeil Sarjveladzeni İmeda Nikuradze əvəzləyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Səhiyyə naziri vəzifəsinə təyin edilən “Gürcü Arzusu”nun deputatı Mixeil Sarjveladzeni seçki siyahısının bir sonraki deputatı İmeda Nikuradze əvəzləyib.

Bugünkü iclasda 89 deputat İmeda Nikuradzenin deputat səlahiyyətlərinin tanınması haqqında qərar layihəsini dəstəkləyib.

 İmeda Nikuradze indiyədək Tbilisi meriyasının təsis etdiyi “Tbilisi İnkişaf Fondu”nun direktor müavini olub. Bundan əvvəl o, “Tbilisi meriyasının memarlıq xidməti”nin rəis müavini vəzifəsini tutub. İmeda Nikuradze 2015-ci ilə qədər Bidzina İvanşvilinin sahibi olduğu “Elita Burji” tikinti şirkətinin administrasiyasının rəhbəri və hüquqşünası olub. Mixeil Sarjveladze 2024-cü il martın 11-də Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri təyin edilib. Bu səbəbdən o, deputat səlahiyyətlərindən məhrum edilib.

Sarjveladze parlamentdə İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri vəzifəsini də tutub. Onu bu vəzifədə “Gürcü Arzusu”nun üzvü Rati Yonatamişvili əvəzləyib.

 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur