Parlamentin üzvü İrakli Xaxubia evində ölü tapılıb

Gürcüstan parlamentinin deputatı, “Gürcü arzusu”ndan Poti, Xobi və Senakinin majoritar deputatı 51 yaşlı İrakli Xaxubia Tbilisidəki evində ailə üzvləri tərəfindən ölü tapılıb. Ehtimal olunur ki, deputat  özünü öldürüb. Hadisə yerindən odlu silah tapılıb.

Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə araşdırma başlayıb.

2016-2020-ci illərdə “Gürcü Arzusu”ndan İrakli Xaxubia Potinin majoritar deputatı olub, 31 oktyabr 2020-ci il parlament seçkiləri nəticəsində Poti, Xobi və Senakinin majoritar deputatı seçilib.

2017-ci ilin mayında İrakli Xaxubianın oğlu, 21 yaşlı Beka Xaxubia Qori tunelinin yaxınlığında baş verən yol qəzasında həlak olub. Rəsmi məlumata görə, Beka Khakhubia “BMW” markalı avtomobili idarə edirdi, o, patrul polisinin maşını saxlamaq tələbinə tabe olmayıb, bundan sonra polis onun yolunu yük maşını ilə bağlayıb. Beka Xaxubia yük maşını ilə toqquşub və hadisə yerində ölüb. Beka Xaxubiyanın ölümü ilə bağlı Qori Rayon Məhkəməsi iki polis əməkdaşını təqsirli bilib - Zurab Rusişvili 1,6 il, Gia Sadağaşvili isə 2,6 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur