Rus qanununun qəbuluna qarşı aksiyanın keçirildiyi Gürcüstan parlamentinin yaxınlığına xüsusi təyinatlılar və xüsusi texnika, o cümlədən su maşını səfərbər olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyi bəyanat yayaraq nümayişçiləri ifadə və dinc toplaşmaq azadlığı haqqında qanunla müəyyən edilmiş normaları aşmamağa çağırıb.
“Aksiya iştirakçıları polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaz, ifadə azadlığı və dinc toplaşmaq azadlığı haqqında qanunla müəyyən edilmiş normalardan kənara çıxarsa, hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin qorunması məqsədilə qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edəcəklər. Daxili İşlər Nazirliyi tərəfindən hər bir qanun pozuntusu halına görə qanun çərçivəsində müvafiq hüquqi tədbirlər görüləcək”, - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Polis dinc aksiya iştirakçılarını həbs etməyə də başlayıb.
Parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin iclasında səhər saat 10:00-dan “agentlər haqqında” rus qanunu müzakirə olunub. Parlament sədri Şalva Papuaşvilinin qərarına əsasən, onlayn media orqanlarının akkreditə olunmuş jurnalistlərinin qanunverici orqana daxil olması qadağan edilib. Komitənin sədri Anri Oxanaşvili müxalif deputatların bəzilərini iclasdan qovub.
"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Rus qanunu Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Böyük Britaniya, NATO, Birləşmiş Millətlər Təşkilatı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tənqid edilib. Onlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət və media qurumlarının işinə mənfi təsir göstərəcək.