Parlamentin yaxınlığında “rus qanununa yox” aksiyası keçirilir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası yenilənib. Nümayişçilər Rustaveli prospektini bağlayıb və “Gürcü Arzusu”nun “xarici agentlər haqqında” rus qanununun qəbulunu rədd etməsini tələb edirlər. 9 Aprel küçəsində su maşını durur və Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı İdarəsinin əməkdaşları səfərbər olunub. Bunun fonunda parlamentin plenar iclas zalında mübahisə doğuran qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

“Axali” partiyasının liderləri və tərəfdarlarının parlamentin həyətinə giriş qapısını bağladıqları Çiçinadze küçəsində vəziyyət bir neçə dəfə gərginləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları girişi təmizləməyə çalışırlar.

“Hər kəs öz vicdanına uyğun hərəkət etməlidir. Bu gün artıq dar partiya meylləri yoxdur. Ya milli maraq var, ya da Rusiyanın maraqları. Bu hakimiyyətin əxlaqı yoxdur. Bu adamların vicdanı, əxlaqı, insanlığı yoxdur və qeyri-insaniliklə, əxlaqsızlıqla dövlətimizi Rusiyaya satmaq istəyirlər. Heç kim ona imza atmayacaq.

Bu proses yelkən açmalı və avarın hərəkətinə ehtiyac olmadan hamar şəkildə üzməlidir. Bunun üçün bu gün və yaxın günlərdə çoxlu insanın səfərbər olması lazımdır. Həm Rusiya, həm də İvanişvilinin bu insanları sıxışdıra bilməyəcəyini görəcək qədər çox insan”, - “Axali”nin liderlərindən biri Nika Melia bildirib.

Daxili İşlər Nazirliyi bildirib ki, inzibati orqanın girişlərinin bağlanması qadağandır. Qurum aksiyanın təşkilatçılarını və üzvlərini etirazlarını “dinc şəraitdə, qanunu pozmamadan ifadə etməyə və yerində polisə tabe olmağa” çağırır, əks halda “hər hansı qanun pozuntusunun qarşısı polis tərəfindən dərhal alınacaq və müvafiq hüquqi cavab veriləcək .

“Gürcü Arzusu” bir il əvvəl, mart ayında ictimaiətin genişmiqyaslı etirazları nəticəsində ləğv etdiyi “xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agent” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Bu gün, aprelin 16-da qanun layihəsi plenar iclasda birinci oxunuşda müzakirəyə çıxarılacaq. Gürcüstanın Avrointeqrasiya prosesinə zərər vura bilmə ehtimalı olsa da, hakim partiya rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir. Prezident Salome Zurabişvili qanuna veto qoyacaq, lakin “Gürcü Arzusu” bunu aşa bilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur