Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 8-də Tbilisidə Gürcüstanın danışıqlar platforması olması ilə bağlı bəyanatına münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qranadada görüş keçirilib və Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prinsipləri Avropa İttifaqı platformasında bizim və Avropa İttifaqının baxışları ilə müəyyən edilib. İndi aydın olur ki, biz Brüsseldə görüşəndə söhbət bu prinsiplər çərçivəsində aparılmalıdır, mən deməyəcəyəm ki, bu, yalnız Ermənistan Respublikasının maraqlarına uyğundur. Ermənistan Respublikası bunu qəbul etdi və yeri gəlmişkən, Azərbaycan da. İndi biz Brüsseldə görüş məsələsini müzakirə edəndə, burada faktiki olaraq bizim konkret çərçivəmiz var və Azərbaycan başqa platforma təklif etməyə çalışır. Biz belə şərh edə bilərik ki, Azərbaycan başqa platformaya keçməklə artıq razılaşdırılmış prinsipləri neytrallaşdırmaq istəyir”,- Paşinyan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, narahatlıq dərinləşir ki, bu prosesin gizli planı güc tətbiq etməklə, yeni müharibə ilə, yeni eskalasiya ilə hər şeyə son qoymaq ola bilər.
“Biz heç bir söhbətin əleyhinə deyilik, amma bizi artıq razılaşdırılmış prinsiplər çərçivəsindən çıxaran məntiqə qarşıyıq”, - Paşinyan qeyd edib.
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Gürcüstanın Ermənistanla Azərbaycan arasında sülh prosesinə cəlb edilməsi “ən düzgün seçimdir” və Ermənistan razılaşarsa, “Azərbaycan dərhal Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlərə başlayacaq”.
“Biz Ermənistanla Azərbaycan arasında vəziyyətin normallaşmasından danışdıq. Keçən ay biz bütün ölkənin suverenliyini bərpa etdik və bu gün biz Ermənistanla sülh sazişi üzərində fəal işləməliyik. Ümid edirəm ki, biz buna nail olacağıq və beləliklə, Cənubi Qafqazda Gürcüstan, Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın baş tutacağı siyasi mühit və vəziyyət yaradacağıq”, - Əliyev qeyd edib.