Gürcüstan Patriarxlığı Azərbaycan hakimiyyətinə müraciət edərək Heretidə yerləşən Müqəddəs Qiorqi adına Kürmük kilsəsini işlək məbədə çevirməsi və Gürcüstan Patriarxlığına mütəmadi olaraq ibadət mərasimlərini həyata keçirməsinə icazə verməsini istəyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Patriarxlıq internetdə yayılan, Kürmükdəki Müqəddəs Qiorqi kilsəsində çəkilən musiqi klipinə münasibət bildirib.
“Kadrlarda azərbaycanlı musiqiçinin məbədin minbərində dayanaraq elektron musiqi alətində “acaruli” melodiyası və mahnısının müşayiəti ilə müəyyən kompozisiya “ifa etdiyi” görünür. Daha sonra ifaçı bəstəni “Youtube” kanalından silərək bu videonu gürcü mədəniyyətinə və incəsənətinə olan sevgi və ehtiramını göstərmək üçün çəkdiyini, başqa məqsədlə motivasiya olunmadığını bildirib. “Təəssüf ki, bu fakt ilk dəfə deyil ki, Heretidə gürcü müqəddəsliyinə - Kürmükün Müqəddəs Qiorqi kilsəsinə bu qədər hörmətsiz yanaşılır və ayrıca guya mədəni-bədii kampaniya üçün istifadə olunur”, - Patriarxlığın bəyanatında deyilir.
Patriarxlıq Azərbaycan hakimiyyətinə və mənəvi lider, Qafqaz Müsəlmanları İdarsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edərək faktların araşdırılmasını və gələcəkdə oxşar halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edir.
“Ümid edirik ki, ölkələrimizlə dini liderlər arasında mövcud olan dostluq münasibəti bu cür hörmətsiz halların vaxtında düzəldilməsi üçün ilkin şərt olacaq və aidiyyəti qurumların və şəxslərin müvafiq reaksiyası nəticəsində cavabsız qalmayacaq.
Oxşar hallar Azərbaycan ərazisində gürcü kilsə-monastırlarının ilkin təyinatının bərpasının nə qədər vacib olduğunu bir daha sübut edir.
Ona görə də biz Azərbaycan hakimiyyətinin müvafiq nümayəndələrinə müraciət edirik ki, Kürmük Müqəddəs Qiorqi kilsəsini fəal məbədə çevirsinlər və Gürcüstan Patriarxlığına orada mütəmadi olaraq ibadət mərasimləri keçirməyə icazə versinlər, çünki yuxarıda qeyd olunan fakt ilk deyil. Və biz daim gərginliyə səbəb olan, sadəcə olaraq cəmiyyətin ürək ağrısına səbəb olan və dini hisslərə xələl gətirən problemlə üzləşirik”, - deyə Patriarxlığın bəyanatında oxuyuruq.
Kürmük kilsəsi 19-cu əsrdə tikilib və Qax şəhərindən təxminən 2 kilometr aralıda yerləşir. Ona Azərbaycan hökuməti tərəfindən tarix-mədəniyyət abidəsi statusu verilmişdir. Azərbaycan hakimiyyəti gürcü keşişlərinə ildə iki dəfə, mayın 6-da və noyabrın 23-də, Müqəddəs Qiorqi günündə Kürmük kilsəsində ayinlər keçirməyə icazə verir.