Hökumət tələbələr və məzunlar üçün ödənişli təcrübə proqramı elan edir. Baş nazir İrakli Kobaxidze qeyd edib k, proqram payızda başlayacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu il məzunlar üçün genişmiqyaslı ödənişli staj proqramına start veriləcək ki, bu da minlərlə insana həm dövlət, həm də özəl sektorda təcrübə keçmək üçün çox geniş imkanlar yaradacaq. Bu, tələbələr və məzunlar üçün peşəkar həyatlarında ilk addımlarını uğurla atmaq üçün bir fürsət olacaq.
Yaxın günlərdə Nazirlik ilk sənədi, ilk baxışı təqdim edəcək. Bundan sonra gənclərlə məsləhətləşmələr aparılacaq və bunun əsasında bu plan yekunlaşacaq və artıq payız aylarında gənclərimiz və məzunlarımız üçün genişmiqyaslı ödənişli təcrübə proqramına başlanılacaq”, - Kobaxidze mətbuata açıqlamasında deyib.
Baş nazir deyir ki, gənclər üçün geniş inkişaf imkanlarının yaradılması Gürcüstan hökumətinin xüsusi qayğısı olacaq.
“Ölkəmizin yeni 4 illik inkişaf planı hazırlanır və payızda ictimaiyyətə təqdim olunacaq, burada təhsil və gənclər məsələlərinə xüsusi diqqət yetiriləcək. Məqsədimiz ölkədə beynəlxalq standartlara uyğun təhsilə əlçatanlığı təmin edən irimiqyaslı layihələr həyata keçirməkdir. Fikrimizcə, dövlət universitetlərinin infrastrukturu keyfiyyətcə yenilənməlidir, burada tələbələrə bilik əldə etmək, öz maraqlarını reallaşdırmaq üçün daha geniş imkanlar yaradılacaqdır. Həmçinin təbii ki, gənclər üçün xüsusi əhəmiyyət kəsb edən idmanın inkişafına da xüsusi diqqət yetiriləcək. Bu planın mühüm hissələrindən biri həm paytaxtda, həm də regionlarda idman infrastrukturunun inkişafı, ali məktəblərlə bağlı idman infrastrukturunun inkişafı, məktəblərin müvafiq infrastrukturunun inkişafı olacaqdır”, - İrakli Kobaxidze bildirib.
Bu ilin payızında Gürcüstanda parlament seçkiləri keçiriləcək.