“Təxminən 4-5 gün əvvəl 5-6 min ziyarətçi var idi. İndi 10 minə çatıb, 40-45 faiz artıb. Dünən 11 200 nəfər, sırağagün səhv etmirəmsə 10 400 nəfər idi. Yayda başqa məqsədlə gələnlər yox, turistlər olurdu. Fikrimizcə, onlar hərbi xidmətə cəlb olunmaqdan yayınırlar”. Bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Rusiya vətəndaşlarının Larsi sərhəd-keçid məntəqəsi vasitəsilə Gürcüstana girişinin artması ilə bağlı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Demək olar ki, pik nöqtəsinə çatıb. Çətindir, bizim tərəfdə də növbələr var. Ötürmə qabiliyyətimiz 10 və 20 qapılıq deyil. Artıq bizim üçün də keçirtmə çətinləşir, ancaq bölmələrimizi gücləndirmişik ki, maksimum dərəcədə yoxlayaq ki, kimsə gizlincə yaxınlaşmasın. Təhlükəsizlik xidməti də bizə kömək edir. Pikdəyik, bundan artıq artacağını düşünmürəm, fiziki olaraq öhdəsindən gələ bilməyəcəyik”, - Daxili işlər nazirinin məlumatına görə, Lars sərhəd-keçid məntəqəsinə əlavə polis qüvvələri göndərilib.
Qomelauri parlament müxalifətinin Gürcüstan sərhədlərinin Rusiya vətəndaşları üçün bağlanması ilə bağlı müraciətinə də cavab verib: “Mənim həmişə bir sualım yaranır. Bu müxalifət iki yerə bölünmüş kimi görünür, halbuki Avropada artıq başqa cür düşünürlər və başqa yanaşmalara keçirlər.
Bəzi deyir ki, gərək bağlayaq və heç buraxmayaq. Bəzi deyir ki, əksinə, onları buraxmalıyıq ki, müharibəyə getməsinlər, ukraynalıları öldürməsinlər, ukraynalılara qarşı vuruşmasınlar.
Qərar versinlər artıq, bu insanları buraxaq mı, buraxmayaq mı”
Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib. Rəsmi açıqlamaya görə, 300 minədək ehtiyatda olan əsgərin səfərbər edilməsi planlaşdırılır. Hərbi komissarlıqların kütləvi çağırışa başlaması Dağıstanda və Rusiyanın bir sıra bölgələrində etiraz aksiyaları ilə müşayiət olunub. Lakin sentyabrın 22-dən etibarən vətəndaşlar, xüsusən də gənclər Rusiyanı kütləvi şəkildə tərk edirlər. Bir neçə gündür ki, Rusiya-Gürcüstan sərhədində, Lars sərhəd-keçid məntəqəsində fasiləsiz, uzun kilometrlik növbə yaranıb.
Şimali Osetiya vitse-premyeri İrbek Tomayevin məlumatına görə, son bir həftədə hər iki istiqamətdə 37 min avtomobil və 115 mindən çox insan sərhədi keçib.
Şimali Osetiya Respublikasının Daxili İşlər Nazirliyinə əsaslanaraq, TASS agentliyi yazır ki, sentyabrın 27-si səhər saatlarına olan məlumata görə, Rusiyadan Gürcüstana sərhədi keçmək üçün təxminən 5500 nəqliyyat vasitəsi, o cümlədən 3600 yüngül avtomobili və 1900 tranzit yük maşını gözləyir.
Şimali Osetiya Daxili İşlər Nazirliyinin məlumatına görə, yaxın günlərdə Lars keçid məntəqəsi yaxınlığında hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq.
Gürcüstan Daxili İşlər Nazirliyi son 10 gündə Rusiya vətəndaşlarının Gürcüstan sərhədinə giriş və çıxışı göstərən məlumatları açıqlayıb:
- Sentyabrın 17-də Gürcüstana 6 986 Rusiya vətəndaşı daxil olub – 7 406 Rusiya vətəndaşı sərhədi keçib (çıxıb).
- Sentyabrın 18-i 6606 – 6743;
- Sentyabrın 19-u 6411 – 6782;
- Sentyabrın 20-si 5603 – 6199;
- Sentyabrın 21-i 6402 – 6011;
- Sentyabrın 22-i 6150 – 6050;
- Sentyabrın 23-ü 9307 – 6214;
- Sentyabrın 24-ü 9330 – 6249;
- Sentyabrın 25-i 11 143 – 5519;
- Sentyabrın 26-ı10 804 – 4947;