Polis bloqer Uça Abaşidzenin evinə daxil olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Polis bir neçə saatdır ki, rus qanunu əleyhinə aksiyaların iştirakçısı olan bloqer Uça Abaşidzenin mənzilinə daxil olub. Daxili İşlər Nazirliyinin onlarla əməkdaşı girişdə səfərbər olunub və onlar ailə üzvlərini, eləcə də vəkili evə buraxmırlar.

Uça Abaşidzenin qardaşı Qoqi Abaşidzenin sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşları ona ancaq istintaq hərəkətlərinin aparıldığını bildiriblər.

“Uça evdə təkdir. Polisə dedim ki, bu mənim evimdir, girmək hüququm var, amma rədd etdilər. Order istədim, laki, nə təqdim edildi, nə də onun olub-olmaması mənə izah edildi. Uçaya vəkillə əlaqə saxlamağa icazə verilməyib. Sadəcə bəxtimiz gətirdi ki, onlar içəri girən kimi yazışmalarımız oldu, yoxa çıxdıqda isə şübhələndik. Sonra qonşu bir ailə üzvü Uçanın yanındadılar dedi və biz qaçaraq bura gəldik. Onunla heç bir əlaqəmiz olmayıb, vəziyyətindən xəbərimiz yoxdur. Qorxuruq ki, içəri nəsə qoyalar”, – Qoqi Abaşidze deyir.

Bloqerin qardaşı hesab edir ki, hazırda baş verənlər hədə-qorxu cəhdlərinin davamıdır.

“İkimiz də aksiyaların qarşısında dayandıq. Biz heç bir aqressiya nümayiş etdirmədik. Uça həmişə hamını zorakılığa yol verilməməsinə çağırır. Bu rus qanunu ilə bağlı fəaliyyətlərdən başqa, polisin içəri girməsinə nəyin səbəb ola biləcəyini bilmirəm”, - Qoqi Abaşidze deyir.

Bu gün məlum olub ki, Daxili İşlər Nazirliyi Parlament binasının yaxınlığında “agentlər haqqında” rus qanununa qarşı keçirilən etiraz aksiyasının 6 iştirakçısı polisə hücum etmək və əmlaka ziyan vurmaq ittihamı ilə həbs edilib. Tbilisi Polis İdarəsinin direktoru Sulxan Tamazaşvili bildirib ki, Daxili İşlər Nazirliyi hazırkı nümayişlər zamanı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin müəyyən edilərək tutulması üçün istintaq hərəkətlərini davam etdirir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur