Daxili İşlər Nazirliyi parlament binası yaxınlığında “agentlər haqqında” rus qanununa etiraz olaraq keçirilən aksiyanın daha 6 iştirakçısını həbs edib. Onların barəsində Cinayət Məcəlləsinin 353 prima və 187-ci maddələrinin birinci hissələri, yəni polis əməkdaşına hücum və əmlaka ziyan vurma ilə bağlı istintaq aparılır.

Tbilisi Polis İdarəsinin direktoru Sulxan Tamazaşvili bildirib ki, vətəndaşlar mayın 8-9-da həbs edilib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər zamanı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, aprelin 16-da keçirilən aksiya zamanı saxlanılan şəxslərdən biri asayiş keşikçilərinin istiqamətinə küt əşya atıb, nəticədəXüsusi Təyinatlılar İdarəsinin əməkdaşı göz nahiyəsindən xəsarət alıb. Həbs edilən şəxslərdən biri cari ilin 16 aprel tarixində Patrul Polisi İdarəsinin balansında olan avtomobilə ziyan vurub.

Mayın 1-2-də davam edən etiraz aksiyası zamanı həbs edilənlərdən ikisi Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzi olan 112-nin videomüşahidə kameralarını zədələyib.

Mayın 1-də qanunverici orqanın yanında davam edən aksiya zamanı həbs edilənlərdən biri parlamentin darvazasını zədələyib, həmçinin parlament həyətindəki Daxili İşlər Nazirliyinin əməkdaşlarına daş atıb, nəticədə Fövqəladə Halların İdarəetmə Xidmətinin xilasedici -yanğınsöndürəni yaralanıb. Həmçinin, mayın 1-də davam edən etiraz aksiyası zamanı etirazçılardan biri Xüsusi Dövlət Mühafizə Xidmətinin binasında quraşdırılmış xarici müşahidə kamerasını zədələyib”, - Tamazaşvili Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Polis əməkdaşına hücum etmə 4 ildən 7 ilədək azadlıqdan məhrum etmə, özgənin əmlakına zərər vurma isə cərimə, 100 saatdan 180 saatadək ictimaiyyət xeyrinə işlər, 1 ilədək müddətə islah işləri, 6 aydan 2 ilədək müddətə ev dustaqlığı  və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan əlavə, Sulxan Tamazaşvilinin bildirdiyinə görə, aprelin 15-dən bu günədək, mayın 8-də keçirilən etiraz aksiyaları zamanı vətəndaşların zorakılıq hərəkətləri ilə bağlı Mərkəzi Kriminal Polis İdarəsi Cinayət Məcəlləsinin 3 maddəsi ilə istintaqa başlayıb: strateji və ya xüsusilə mühüm obyektin ələ keçirilməsi və ya bloklanmasını nəzərdə tutan 222-ci maddə; qrup zorakılığının təşkilini, ona rəhbərlik etməni və ya iştirakı nəzərdə tutan 225-ci maddə; ictimai asayişi kobud şəkildə pozan və ya hökumət nümayəndəsinin qanuni tələbinə açıq-aşkar tabe olmamaqla bağlı qrup hərəkətinin təşkilini, yaxud nəqliyyatın, bir qurum və ya təşkilatın fəaliyyətinin pozulmasına səbəb olmağı nəzərdə tutan 226-cı maddə.

“Qeyd olunan cinayət işləri ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən aktiv istintaq hərəkətləri, o cümlədən bütün çağırışların, ictimai çıxışların və müraciətlərin, habelə cinayət tərkibinin əlamətləri olan videomaterialların öyrənilməsi aparılır. İstintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın təşkilatçılarını, siyasi liderləri və qeyd olunan cinayət işi ilə hansısa əlaqəsi ola biləcək bütün şəxsləri dindirəcəklər”, - deyə Sulxan Tamazaşvili bildirib.

Sulxan Tamazaşvili, DİN-in Tbilisi Polis İdarəsinin direktoru

dinc etirazçı həbs edilib. Daxili İşlər Nazirliyi etirazçılara qarşı su şırnaqlarından, gözyaşardıcı qazdan və bibər qazından istifadə edib. Vətəndaşlar rezin güllələrdən də yaralanıb, lakin,  Daxili İşlər Nazirliyi onlardan istifadə edilməsini təkzib edir. Xüsusi Təyinatlılar İdarəsinin əməkdaşları küçələrdə vətəndaşları təqib edərək onlara fiziki təzyiq göstəriblər. Aksiyalarda Gürcüstan parlamentinin müxalifətçi deputatları Aleksandre ElisaşviliLevan Xabeişvili döyülüb. Jurnalistlərə qarşı da güc tətbiq edilib.

Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, 30 aprel aksiyasında Daxili İşlər Nazirliyinin güc tətbiq etməsi üçün heç bir əsas olmayıb. Ombudsman nazirliyə bildirib ki, aksiya iştirakçıları dinc yığıncaq çərçivəsindən kənara çıxarsa, onlara qarşı fərdi zəruri və mütənasib tədbirlər görülməlidir. “Yuxarıda qeyd olunanların əksinə olaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları yığıncaq iştirakçılarına, o cümlədən dinc nümayişçilərə qarşı xüsusi tədbirlər görməyə başlayıblar ki, bu da hüquqa, lazımi və mütənasib müdaxilə standartına ziddir”, - deyə Levan Yoseliyan bildirib.

Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” 17 aprel nümayişinin dağıdılması ilə bağlı yazıb ki, polis dinc nümayişə kömək etmək əvəzinə cəza əməliyyatı həyata keçirib. Təşkilatın açıqlamasında polisin qaçan etirazçıları təqib edərək dəyənəklə vurduğu, mühasirəyə aldığı və yerə yıxılanları amansızcasına döydüyü qeyd edilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur