Rus qanununa qarşı keçirilən aksiyada ağır şəkiildə döyülən “Vahid Milli Hərəkat”ın sədri, parlamentin üzvü Levan Xabeişvili parlamentə əlil arabasında gəlib. Plenar iclasda Xabeişvili bildirib ki, xüsusi təyinatlılar ona hökuməti tənqid etdiyi üçün hücuma ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Aksiyada müsahibə verdiyim zaman gənc uşağı robokoplar sürüyürdü və o, canlı yayımlanırdı. Təbii ki, bu uşağın aparıldığını görən kimi ona tərəf getdim ki, bəlkə aparmayalar, uşaqdır, belə davranmayalar. Bundan sonra məni xüsusi təyinatlılar, daha doğrusu “Xaraba” dəstəsi mühasirəyə aldı. Təxminən 10-15 dəqiqə [döyməyə] davam etdilər və mən sizə onların dediklərini demək istəyirəm. Məni döyərkən deyirdilər: dilin uzundur və daim hökuməti tənqid edirsən, bəlkə dayanasan. Qışqırırdılar: öldürün, sonra deyin ki, başını vurdu. Dedilər ki, mən deməliyəm ki, mən çmoram, belə etsəm, məni döyməyəcəklər.
Aydındır ki, bu lüksu onlara vermədim. Bunu telefonla çəkdilər və bunu sizə də [“Gürcü Arzusu”nun üzvləri] göstərəcəklər. Belə deyirdilər, çmor olduğumu desəm, daha məni vurmayacaqlar. Bunun cavabını verdikdə, mənə daha sərt vurmağa başladılar. Bu, bədənimdə gördüyünüz şeylər Rusiyadır və çox təəssüf ki, çox uşaq bu şəkildə oyandı. Xabeişvilidə belə olduğuna sevinə bilərsiniz, amma bizim uşaqları orada təqib edirdilər”, - deyə Xabeişvili iclas zalında bildirib.
“Milli Hərəkat”ın sədri “Gürcü Arzusu”nu rus qanununun müzakirəsini dayandırmağa çağırıb.
“Yadımdadır, çoxluq lideri deyirdi ki, bir gəncin bir tükü belə bizim üçün heç bir qanuna dəyməz. Axı, Pasxa bazar günüdür və tanrı hər kəsə xeyir-dua versin, amma
sizdən bir daha soruşuram, əgər mənim gözümlə maraqlanmırsınızsa - ana müxalifət partiyasının sədri ilə belə rəftar olunursa, onsuz da ölkədə demokratiyanın göstəricisi deyil - o gənclərə görə, saçının telinə də zərər gələn, kəllə sümüyunə də vurulan, əzilən gənclərə görə bəlkə bu qanunu geri götürtəsiniz.
Seçkilərə 5 ay qalıb. Ola bilər ki, mən bunu bu gözümlə görə bilməyəcəm, amma ölkə bunu 5 aydan sonra görəcək. Xahiş edirəm qanunun müzakirəsini dayandırın. 5 ay sonra seçkilərdir, qoy xalq qərar versin. Əgər bunu etmirsinizsə, mən Gürcüstan vətəndaşlarını çıxıb Gürcüstanın milli maraqlarını qorumağa çağırıram”, - deyə Levan Xabeişvili bildirib.
Aprelin 30-da parlamentin plenar iclasında rus qanununun ikinci oxunuşuna paralel olaraq Tbilisidə növbəti aksiya keçirilib. Vətəndaşlar Rustaveli prospektini bağlayıblar və onların bir qismi “Gürcü Arzusu”nun rus qanununun müəllifi və onu dəstəkləyən deputatlarının sessiyadan sonra çıxmalı olduqları parlamentin girişlərinə gəliblər. Xüsusi Təyinatlı Departamentinin və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları aksiya iştirakçılarını ərazini tərk etməyə məcbur ediblər. Dinc nümayişi dağıtmaq üçün bibər qazı, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib. Güc strukturu nümayəndələri gənclərə fiziki təzyiq ediblər. Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, aksiya dinc şəraitdə keçib və Daxili İşlər Nazirliyinin güc tətbiqi üçün heç bir əsas olmayıb.
Levan Xabeişvilinin sözlərinə görə, ona qarşı məqsədyönlü cəza tədbirini məhz Xüsusi Tapşırıqlar Departamentinin direktoru Zviad Xarazişvili, eyni adlı “Xareba”həyata keçirib. Xabeişvilinin burun sümükləri, dişləri qırılıb və gözü zədələnib. Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze deputatın döyülməsi faktını təsdiqləməyib. Bugünkü brifinqdə o bildirib ki, Levan Xabeişvili özü polis kordonunu yararaq polislərə müqavimət göstərib və bu zaman xəsarət alıb.
Daxili İşlər Nazirliyi aksiyada xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq bəhanəsi ilə 63 nəfəri inzibati qaydada həbs edib.