Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvilinin xüsusi təyinatlılar tərəfindən döyülməsi faktını təsdiqləmir. Daraxvelidze bugünkü brifinqdə bildirib ki, Xabeişvili özü polis kordonuna şuğuyub və polislərə müqavimət göstərib və bu zaman o, xəsarət alıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İctimaiyyət yaxşı gördü və müxtəlif kanalların canlı yayımlarında açıq şəkildə görünürdü ki, təkcə aksiya iştirakçıları deyil, müxalifət partiyalarının liderləri də davamlı olaraq zorakılıq hərəkətləri edirdilər. “Milli Hərəkat”ın sədri Levan Xabeişvilinin hərəkəti kadrlarda da görünür. O, polislərin fəaliyyətinə mane olmaq məqsədilə polis kordonunu soxularaq onlara müqavimət göstərib və bu zaman xəsarət alıb. Levan Xabeişvili dərhal tibb müəssisəsinə aparılıb. Bununla əlaqədar müvafiq xidmətlər lazımi istintaq hərəkətlərinin aparılmasını təmin edəcək”, - deyə Aleksandre Daraxvelidze bildirib.
“Vahid Milli Hərəkat”ın sədri, parlamentin üzvü Levan Xabeişvili rus qanununa etiraz edən zaman fiziki təzyiqə məruz qalıb. Siyasətçinin sözlərinə görə, ona qarşı məqsədyönlü cəza tədbirini Xüsusi Təyinatlar Departamentinin direktoru Zviad Xarazişvili, eyni adlı “Xareba” həyata keçirib. Levan Xabeişvili İnqorokva klinikasında yerləşdirilib. Onun burun sümükləri, dişləri və gözü zədələnib.
“Levan Xabeişvilinin qaçırılmasının necə baş verdiyinin şahidləri var. O, xüsusi təyinatlıların hərəkətlərindən təsirlənən gənclərdən birinə kömək etməyə çalışıb. Həmin vaxt xüsusi təyinatlılar hücuma keçib, onu qaçırıb, nümunəvi şəkildə cəzalandırıblar. Təbii ki, bu, həmin təhdid, xüsusi təyinatlıların rəhbəri “Xareba” və onun dəstəsi ilə bağlıdır. Bu, Bidzina İvanişvilinin şəxsi qrupudur, onlar xüsusi təyinatlılar və ya polislər deyil. Bunlar gəncləri küçədə döyən, ayrı-ayrılıqda təqib edən, əvvəlki aksiyalarda qrup şəklində Xabeişvilini söyən, indi onu qaçırıb nümunəvi şəkildə cəzalandıran cəza qruplarıdır. Əldə etdiyimiz məlumata görə, onu döyüb patrul maşınına mindirib gətirib, qoyub gediblər. Onu hansı ekipajın gətirdiyini və ya Levanı onlara kimin təhvil verdiyini bilmirik”, - deyə Daxili İşlər Nazirinin hadisəyə görə məsuliyyətə cəlb olunmasını və Zviad Xarazişviliyə qarşı istintaq başlanılmasını tələb edən “Milli Hərəkat”ın üzvü Levan Bejaşvili bildirib.
Daxili İşlər Nazirliyi rus qanununun əleyhinə keçirilən aksiyada 63 nəfəri həbs edib. Onlarla insanın xəsarət alması ilə nəticələnən dinc aksiyanı dağıtmaq üçün nazirlik bibər qazı, su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Kadrlardan da görünür ki, Daxili İşlər Nazirliyinin nümayəndələri səbəbsiz yerə vətəndaşlara hücum edərək döyürlər.