Levan Xabeişvilinin xüsusi təyinatlılar tərəfindən döyülməsi ilə əlaqədar “Vahid Milli Hərəkat” Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin məsuliyyəti məsələsini tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bundan əlavə, deputat Levan Bejaşvilinin dediyi kimi, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin direktoru, “Xaraba” kimi tanınan Zviad Xarazişvili və onun “qrupu”na qarşı dərhal istintaqa başlanılmalıdır.
“Normal ölkədə daxili işlər naziri burada olmalıdır, Xalq Müdafiəçisi burada olmalıdır. Kimsə təsəvvür edə bilərmi ki, hansısa xüsusi təyinatlı Levan Xabeişvilini tanıya bilməzdi? O, nümunəvi şəkildə cəzalandırılıb. Nazirin məsuliyyəti məsələsi qaldırılacaq. Xareba və onun qruplaşmasına qarşı təhqiqat başlanmalıdır”, - Bejaşvili bildirib.
“Milli Hərəkat” liderlərinin sözlərinə görə, şiddətli şəkildə döyülən Levan Xabeişvili klinikaya patrul polisinin ekipajı tərəfindən gətirilib.
“Levan Xabeişvilinin qaçırılmasının necə baş verdiyinin şahidləri var. O, xüsusi təyinatlıların hərəkətlərindən təsirlənən gənclərdən birinə kömək etməyə çalışıb. Həmin vaxt xüsusi təyinatlılar hücuma keçib, onu qaçırıbb, nümunəvi şəkildə cəzalandırıblar. Təbii ki, bu, həmin təhdid, xüsusi təyinatlıların rəhbəri “Xareba” və onun dəstəsi ilə bağlıdır. Bu, Bidzina İvanişvilinin şəxsi qrupudur, onlar xüsusi təyinatlılar və ya polislər deyil. Bunlar gəncləri küçədə döyən, ayrı-ayrılıqda təqib edən, əvvəlki aksiyalarda qrup şəklində Xabeişvilini söyən, indi onu qaçırıb nümunəvi şəkildə cəzalandıran cəza qruplarıdır. Əldə etdiyimiz məlumata görə, onu döyüb patrul maşınına mindirib gətirib, qoyub gediblər. Onu hansı ekipajın gətirdiyini və ya Levanı onlara kimin təhvil verdiyini bilmirik”, - Levan Bejaşvili bildirib.
Levan Xabeşvilinin döyülməsi ilə bağlı məlumatın yayılmasından üç saatdan çox vaxt keçsə də, Daxili İşlər Nazirliyi indiyədək bu məsələyə münasibət bildirməyib.
“İnqoroqva” klinikasının direktoru Kaxa Çelidzenin sözlərinə görə, Levan Xabeişvilinin burun sümükləri qırılıb və bu sümükləri cərrahi müdaxilə ilə bərpa etmək lazımdır. Gözün zədələnməsinə gəlincə, həkimin dediyinə görə, gözün bütövlüyü pozulmur, ancaq oftalmoloqa müraciət etmək vacibdir.