Rus qanunu əleyhinə parlament qarşısında keçirilən aksiyada 63 nəfər inzibati qaydada saxlanılıb. Daxili İşlər Nazirliyi onların xırda xuliqanlıqlarını və polisin qanuni tələblərinə tabe olmamaqda günahlandırır. Faktlalarla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 353-cü, yəni polis əməkdaşına hücum etmə maddəsi ilə istintaq aparılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nazir müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, aksiya iştirakçıları polislərə hücum edərək, kordonu yarmağa cəhd ediblər.
“Aksiya tamamilə zorakı xarakter alıb. Etirazçıların polislə necə qarşıdurma yaşadığını hamımız yaxşı gördük. Onlara qarşı fiziki və şifahi təhqirlər olub, asayiş keşikçilərinin istiqamətinə müxtəlif ağır əşyalar, o cümlədən daş, butulkalar atıblar. Zorakı hərəkətlər nəticəsində 6 polis yaralanıb və müvafiq tibbi yardımın göstərilməsi üçün klinikalara yerləşdirilib”, - Daraxvelidze bugünkü brifinqdə deyib.
Daxili işlər nazirinin müavininin sözlərinə görə, ictimai asayişin bərpası və vəziyyəti yatırmaq məqsədilə saat 22:15 radələrində polis ardıcıl olaraq bibər qazı, gözyaşardıcı qaz və su şırnaqlarının istifadəsinə başlayıb. Daraxvelidze iddia edir ki, bu, ötən gecə keçirilən aksiya iştirakçılarının təkzib etdiyi xəbərdarlıqdan sonra baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi alətdən, bibər qazından istifadə etdikdən sonra vəziyyət az-çox stabilləşsə də, etirazçıların hərəkətləri tezliklə yenidən zorakılığa çevrilib”.
Daxili İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatdan, o cümlədənsaat 23:40 radələrində qanunsuz hərəkətlərin qarşısının alınması və asayişin bərpası məqsədi ilə aksiya iştirakçılarına xüsusi səs cihazı ilə xəbərdarlıq edildikdən sonra Xüsusi Təyinatlılar İdarəsinin əməkdaşları digər xüsusi vasitələrlə yanaşı su şırnağından da istifadə ediblər.
“Rustaveli prospektində və parlamentin ona bitişik ərazilərində zorakılıq hərəkətləri bir neçə saat davam edib, buna görə polis bir dəfədən çox xüsusi vasitələrdən istifadə etməli olub”, - Daraxvelidze bildirib.
Daxili İşlər Nazirliyi siyasi partiyaların nümayəndələrini də zorakılıq hərəkətlərində ittiham edir. Nazir müavininin sözlərinə görə, “Milli Hərəkat”ın sədri Levan Xabeişvili “polislərin fəaliyyətinə müdaxilə etmək üçün polis kordonunu yarıb, onlara müqavimət göstərib və bu zaman xəsarət alıb”.
Aprelin 30-da parlamentin plenar iclasında rus qanununun ikinci oxunuşunun müzakirəsinə paralel olaraq Tbilisidə növbəti aksiya keçirilib. Vətəndaşlar Rustaveli prospektini bağlayıblar və onların bir qismi parlamentin girişlərinə “Gürcü Arzusu”nun rus qanununun müəllifi və tərəfdarları olan deputatlarının sessiyadan sonra çıxmalı olduqları yerlərə gəliblər. Xüsusi Təyinatlı Departamentinin və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları aksiya iştirakçılarını ərazini tərk etməyə məcbur ediblər. Dinc nümayişi dağıtmaq üçün bibər qazı, gözyaşardıcı qaz və su şırnağından istifadə edilib. Güc strukturu nümayəndələri gənclərə fiziki təzyiq də göstərirdilər. “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvilinin sözlərinə görə, o, xüsusi təyinatlılar tərəfindən döyülüb. Onun burun sümükləri, dişləri və gözü zədələnib.
Xalq Müdafiəçisi Levan İoseliani aksiyanın dinc şəraitdə keçdiyini və Daxili İşlər Nazirliyinin güc tətbiq etməsi üçün heç bir əsas olmadığını bildirib.