Beynəlxalq İnsan Haqları Təşkilatı “Amnesty International” Tbilisidə rus qanunu əleyhinə keçirilən dinc aksiyanın dağıdılmasını şərh edir və Gürcüstan hökumətinə insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərini xatırladır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib ki, Tbilisidə baş verənlər insanlara dinc etiraz hüququndan istifadə etdiklərinə görə amansız repressiyadır.
“Hökumət sanki insanların nə vaxt etiraz edə və ya edə bilməyəcəyinə qərar vermək öz səlahiyyəti imiş kimi davranır və etirazçıları zorakılıqla dağıtmaq və özbaşına həbs etmək üçün çevik polisdən istifadə edir. Polis qaçan etirazçıları dəyənəklərlə təqib edib, onları mühasirəyə alıb və yerdə olanları amansızcasına döyüb. Polis dinc nümayişi asanlaşdırmaq əvəzinə, cəza əməliyyatı kimi görünən əməliyyat keçirib.
Biz gücdən istifadə ilə bağlı bütün halların operativ, qərəzsiz və hərtərəfli araşdırılmasına və gücdən qeyri-qanuni istifadəyə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsinə çağırırıq. Biz həmçinin Gürcüstan hakimiyyətinə xatırladırıq ki, dinc toplaşmaq hüququ fundamental hüquqdur və Gürcüstan hökuməti insan hüquqlarının müdafiəsi baxımından ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirməlidir”, - Denis Krivoşeyev bildirib.
““Amnesty İnternational” bir daha Gürcüstan hakimiyyətini birləşmək azadlığı hüququnu məhdudlaşdırmağa çalışan və açıq şəkildə müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına qara yaxmaq və onların fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyan xarici təsirin şəffaflığı haqqında qanun layihəsini rədd etməyə çağırır”.
Parlamentin yaxınlığında rus qanununa qarşı minlərlə nümayişçinin iştirak etdiyi etiraz aksiyası keçirilib. Aprelin 16-da gecə saatlarında xüsusi təyinatlı bölmənin üzvləri dinc nümayiş iştirakçılarına qarşı bibər qazından istifadə ediblər. Onlar vətəndaşları küçə-küçə qovaraq onlara fiziki təzyiq göstərib, media nümayəndələrini də döyüblər. Aksiya iştirakçılarından bir neçəsi aldıqları xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 15-də keçirilən aksiyada 14, aprelin 16-da 11, aprelin 17-də isə 2 vətəndaş inzibati qaydada həbs edilib. Həbs olunanlar arasında polisin zorakılığına məruz qalan “Lelo” partiyasının baş katibi İrakli Kupradze də var. Hüquq-mühafizə orqanları hökumət dəftərxanası qarşısında keçirilən aksiyada iştirak edən və baş nazir İrakli Kobaxidze ilə görüş tələb edən parlamentin üzvü, “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvilini də döyüblər. Deputatın sözlərinə görə, onun qabırğası sınıb.