Parlament yaxınlığında qaz buraxılıb, vətəndaşlara rezin güllələr də atılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisidə, Gürcüstan parlamentinin yaxınlığında Daxili İşlər Nazirliyi rus qanununa qarşı davam edən nümayişi yenidən dağıdıb. Etirazçılara qarşı gözyaşardıcı qaz, bibər qazı və su şırnaqlarından istifadə edilib. Vətəndaşlar deyir ki, onlara rezin güllə də dəyib.

Parlament yaxınlığında qaz buraxılıb, vətəndaşlara rezin güllələr də atılıbDaxili İşlər Nazirliyi məlumat yayıb ki, qurumun bölmələri parlamenti əhatə edən ərazini tərk etdikdən sonra aksiya iştirakçıları aqressivləşərək qanunverici orqanın girişinin dəmir qapılarını zədələməyə cəhd ediblər.

“Asayişi bərpa etmək məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qanunla müəyyən edilmiş xüsusi vasitələrdən, bibər qazı və su şırnaqlarından istifadə edib. Aksiyanın hər bir iştirakçısını dinc şəkildə öz etirazını bildirməyə, zorakılığa yol verməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırırıq. Polis istənilən qanun pozuntusuna qarşı qanuni tədbirlər görəcək”, - Daxili İşlər Nazirliyindən bildiriblər.

Mayın 1-də parlament rus qanununu 23 əleyhinə 83 lehinə səslə ikinci oxunuşda qəbul edib. “Gürcü Arzusu”nun deputatları qanunverici orqanı polis kordonu ilə tərk ediblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur