Potidə 2 milyon dollara uran satmağa cəhd edən bir nəfər saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, əks-kəşfiyyat idarəsinin əməkdaşları qanunsuz olaraq radioaktiv maddələr satmağa cəhd etməkdə təqsirli bilinən bir nəfəri saxlayıblar.

Təqsirləndirilən şəxs Potidə uranı 2 000 000 ABŞ dollarına satmağı planlaşdırıb.

“Radioloji ekspertizanın rəyinə əsasən, ekspertizaya təqdim olunan və axtarış zamanı əldə edilən kütlənin tərkibində uran radioaktiv maddəsi var və nüvə materialları kateqoriyasına daxildir”, - Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 230-cu, radioaktiv maddələrlə qanunsuz rəftar etmə maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Cinayət 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İstintaqı Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsi aparır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur