Prezident Salome Zurabişvili xaricdə yaşayan həmvətənlilərə Gürcüstan vətəndaşlığının verilməsinin sadələşdirilməsini tələb edir. Zurabişvili həmçinin hesab edir ki, işğal olunmuş regionlarda yaşayan və Gürcüstanda doğulmuş insanlara Gürcüstan vətəndaşlığı avtomatik olaraq qaytarılmalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezidentin sözlərinə görə, bir neçə gün əvvəl parlamentin vətəndaşlıq haqqında üzvi qanuna etdiyi əlavə və dəyişikliklərlə çox bir şey dəyişməyib.
“Həmvətənlliərimizin əsas tələbləri testlərin sadələşdirilməsi, xüsusən də xaricdə doğulmuş gənclər üçün, heç olmasa dil testlərinin sadələşdirilmiş olması və bütün bunların olduqca tez və sadə şəkildə olmasıdır. Rüsum münasib olsun, çünki biz bu insanların vətəndaşlıqlarını qaytarırıq, bütün bunlar nəzərə alınmayıb. Dəyişən yeganə əsas şey ki, siz istədiyiniz vaxt testdən keçə və ödənişi istənilən vaxt ödəyə bilərsiniz. Əsas dəyişiklik budur. Həmçinin, digər tərəfdən bu gün ölkə üçün daha vacib olan geosiyasət şəraitinə görə işğal olunmuş ərazilərimizdə və ya başqa ölkənin hüdudlarından kənarda yaşayan insanların Gürcüstan vətəndaşlığını almaq üçün gözləntiləri və tələbləri olduqca yüksəlib geosiyasi şəraitə bağlıdır.
İşğal olunmuş ərazilərlə gələcək münasibətlərimizin necə olacağına dair biraz strategiyamız və baxışımız olsaydı, Gürcüstan ərazisində doğulmuş bütün insanlara avtomatik olaraq vətəndaşlığı qaytaracağımızı bildirərdik.
Bütün bunlara baxmayaraq və heç bir prosedur nəzərə alınmadan. Bu, məncə dövlətin yerinə yetirməli olduğu bir tələb idi. Dəyişikliklərə veto belə etmədim. Əsas odur ki, biz real, vacib dəyişikliklərin qayğısına qalaq”, - Salome Zurabişvili bildirib
Prezident siyasi partiyaları bununla bağlı parlamentdə təşəbbüslə çıxış etməyə çağırıb. “Bu, hər kəsi maraqlandıran bir məsələdir. Biz onları ölkəmizin bir hissəsi hesab edirik və bu ölkənin həyatında istər siyasi, istər iqtisadi, istərsə də mədəni həyatında tam şəkildə iştirak etmələrini istəyirik. Biz bu ilk addımı atmalıyıq ki, bəli, biz sizi tanıyırıq və istəyirik ki, Gürcüstan vətəndaşı olasınız, vətəndaşlığınızı bərpa edəsiniz. Bu, bizim öhdəliyimizdir, bizim və sizin birgə gələcəyimizdir”, - Zurabişvili bildirib.
Noyabrın 1-də, parlament üçüncü oxunuşda, 84 səslə, yekdilliklə “Gürcüstan vətəndaşlığı haqqında” üzvi qanuna 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklikləri qəbul edib. Dəyişikliklər həyata keçirildikdən sonra Gürcüstan vətəndaşlığını almaq istəyən şəxs imtahanı Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə vətəndaşlıq verilməsi üçün ərizə verməzdən əvvəl verəcək; Qeyri-qənaətbəxş nəticə olduqda, agentlik vətəndaşlığın verilməsi ilə bağlı rəsmi prosedurlara artıq başlamayacaq, bununla da həm vətəndaşların, həm də qurumun vaxtına və resurslarına qənaət ediləcək; İmtahanda uğursuzluq halında şəxs məhdudiyyətsiz yenidən imtahan vermək hüququna malik olacaq. İmtahan verildikdə onun nəticələri bir il qüvvədə olacaq; Gürcüstan vətəndaşlığını almaq üçün müraciətə dair yekun mənfi qərar olduqda, vətəndaşlığın verilməsi prosedurunun yenidən başlanması müddəti bir ildən altı aya endiriləcək; Ədliyyə Nazirliyindən verilən məlumata görə, vətəndaşlığı olmayan şəxslərin Gürcüstanda vətəndaşlıq əldə etməsi üçün müəyyən edilmiş on illik yaşayış müddəti 5 ilə endiriləcək, beləliklə, Ədliyyə Nazirliyinin izahatına görə, BMT-nin Ali Qaçqınlar Komissarlığı qarşısında götürülən öhdəlik tam şəkildə yerinə yetiriləcək.
“Salome Zurabişvilinin qanunverici orqanın səlahiyyətlərinə müdaxilə etməsi ümumiyyətlə yanlışdır. Əhəmiyyətli olan odur ki, bu halda Salome Zurabişvili konstitusiyanı pozmasın, Gürcüstan parlamentinin səlahiyyətlərinə qarışmasın. Xanım Salome bu dəyişikliyə imza atdı, amma görünür, dəyişikliyin nə ilə bağlı olduğunu başa düşməyib. Bu dəyişiklik Gürcüstanda olan və illərdir heç bir ölkə, o cümlədən Gürcüstan vətəndaşlığına malik olmayan müəyyən qrup olan kəslərə, vətəndaşlığı olmayan şəxslərə şamil edilib və məhz onilliklər ərzində faktiki olaraq burada olan cəmiyyətimizin üzvləri üçün bu proses sadələşdirilib. Bu dəyişikliyin məqsədi Gürcüstan ərazisində olmayan gürcülər və ya Gürcüstanın keçmiş vətəndaşları üçün bəzi prosedurlar müəyyən etmək deyildi. Ona görə də bu dəyişikliyin əsas məqsədi bu idi”, - parlament sədri Şalva Papuaşvili prezidentin bəyanatını belə şərh edib.