Prezident Lazare Qriqoriadisini əfv edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisi şəhər məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilən rus qanununa qarşı mart aksiyalarının iştirakçısı Lazare Qriqoriadisini əfv edib. Prezident əfv qərarını “Pirveli” televiziyasının efirində, “Reaksiya” verilişində açıqlayıb.

“Mən bu qərarı bu gün səhər saat 10-da verdim. Mən heç kimin çağırışını gözləmədim, heç kim xal saya bilməz, nə də hədə-qorxuları, çünki vicdanımda hesab edirdim ki, bu gənci 9 il cəzalandırmaq olmaz. Hələ imzalamamışam, amma heç bir fikir bildirilmədən qərar qəbul olunub, mən özüm etmişəm. Bir neçə gündür bu haqda düşünürəm.

... indi cəhd olacaq... Naç, naça öyrəşmişəm, gah naç oluram, gah da “kaqebe”, bu ölkədə mənə hər şey dedilər, bunun üçün hazıram. 

Cəhd olacaq ki, ali baş komandan və polis. Bu qarşıdurmadır. Polisə demək istəyirəm: bu, heç cür təhrik deyil. Fikrimcə, bunun baş verdiyinə dair heç bir sübut yoxdur. Hər kəsə müraciət etmək istəyirəm, bu ölkədə polis təkcə hörmətli və çox önəmli deyil, qədəm qoyduğumuz dövrdə polisin rolu çox böyükdür, onlar ölkəmizin sabitliyinin keşiyində duracaqlar.

“Cəmiyyəti parçalamaq, bir-biri ilə toqquşdurmaq, keçmişin çox pis səhifələrini təkrarlamaq cəhdi var və bütün bunlarda bizim müdafiəçimiz polisdir və olacaq”, - Zurabişvili bildirib.

21 yaşlı Lazare Qriqoriadisi 2023-cü il martın 29-da polis tərəfindən həbs edilib. Prokurorluq Qriqoriadisini martın 7-də Rustaveli prospektində “xarici agentlər haqqında” rus qanununun əleyhinə keçirilən nümayişdə Daxili İşlər Nazirliyinin əməkdaşları istiqamətində “Molotov kokteyli” atmaqda, Daxili İşlər Nazirliyinə məxsus avtomobil yandırmaqda  ittiham edib.

İrakli }aribaşvili baş nazir olarkən dəfələrlə Lazare Qriqoriadisiyə qarşı təqsirsizlik prezumpsiyasını pozub. Aprelin 3-də baş nazir deyib ki, “o [Lazare] polisi diri-diri yandırmaq niyyətində olub”. İyunun 30-da Ğaribaşvili parlamentdə çıxışı zamanı Lazare Qriqoriadisini növbəti dəfə günahkar elan edib: “Hansısa çirkin adam birbaşa polisə molotov kokteyli atıb onu diri-diri yandırmaq qərarına gəlib. Kim olduğu mənə maraqlı deyil. Bunu sizə hiddətlə deyirəm. Mən burada tamamilə barışmaz olacağam. Belə şeyə görə heç kəsi bağışlamayacağıq. Bu dövlətə əl qaldırmaqdır. Qoy bunu hamı yaxşı yadında saxlasın. İndi çıxıb müdafiə etsinlər. Niyə müdafiə etmirlər?! Niyə həbsdən çıxarmırlar?! Onu heç kim çıxara bilməz, polisə əl qaldırılan bu ağır cinayəti heç kim bağışlaya bilməz”.

Məhkəmə Lazare Qriqoriadisinin İrakli Ğaribaşviliyə və İrakli Kobaxidzeyə qarşı iddiasını qəbul etməkdən üç dəfə imtina edib. Lazare Qriqoriadisi böhtan faktının müəyyən edilməsini, şərəf və ləyaqətə toxunan ifadələrin rədd edilməsini, mənəvi ziyanın ödənilməsini tələb edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur