Gürcüstan Prezidentinin Administrasiyası “Gürcüstan Xəbərləri” onlayn nəşrinə 2012-ci ildən 2023-cü ilin aprel ayına qədər prezident tərəfindən neçə Rusiya Federasiyası vətəndaşına Gürcüstan vətəndaşlığı verilməsi və neçə Azərbaycan Respublikası vətəndaşının (etnik gürcü) bu tələbindən imtina edilməsi barədə ictimaiyyətə məlumat vermir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan Xəbərləri” Prezident Administrasiyasından, həmçinin Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin Komissiyasından da məlumat istəyir ki, Rusiya Federasiyası vətəndaşlarına Gürcüstan vətəndaşlığının verilməsi ilə bağlı prezidentin nə qədər müsbət rəyi olub neçə dəfə qəbuk edib, neçə dəfə ondan imtina edib.
“Gürcüstan Xəbərləri” mayın 5-də prezident administrasiyasına ictimai məlumatların verilməsi tələbi ilə müraciət edib və bu gün tələb olunan ictimai məlumatın dərhal verilməsi üçün aidiyyəti şəxsə göstəriş verilməsi üçün inzibati şikayət verib.
Eyni məzmunlu məlumatların verilməsi tələi ilə “Gürcüstan Xəbərləri” Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinədə müraciət edib, lakin oaradan da məlumat verilməyib.
Bir neçə ildir ki, Sainqilodan olan etnik gürcülərə kütləvi şəkildə Gürcüstan vətəndaşlığı verilməsindən imtina edilir. Gürcüstan vətəndaşlığının olmaması səbəbindən Sainqilodan Tbilisiyə və ya Gürcüstanın digər şəhərlərinə oxumaq və ya işləmək üçün gələnlər hətta fövqəladə hallarda belə universal səhiyyə proqramından istifadə edə bilmirlər, onlar ildə bir dəfə ölkəni tərk etməli və qayıtdıqdan sonra yaşayış üçün icazəni yenidən tələb etməlidirlər. Vətəndaşlıqları olmadığı üçün dövlət xidmətlərində də işə götürülə bilmirlər. Gənclərdən biri Nikoloz Kikişvili mayın əvvəlində bu problemlərdən danışıb.
Mayın 11-də prezident Salome Zurabişvili sosial şəbəkədə yazıb: “Əgər bizi gürcü əsilli soydaşlarımızın taleyi bu qədər maraqlandırırsa, maraqlıdır ki, mən niyə ədliyyə orqanları ilə 4 il danışıqlar aparıb, nəticə əldə edə bilmədim, yəni, Gürcüstan vətəndaşlığının bərpası və ya verilməsini süni, anlaşılmaz sınaqlarla çətinləşdirməmək üçün vətəndaşlığın verilməsini sadələşdirək. Əminəm ki, bu məsələ Rusiyada (və təkcə Rusiyada deyil) yaşayan soydaşlarımız üçün çox ağrılı və aktualdır, xüsusən də bir çox insanın əbədi qayıtmaq arzusunun olduğu bu gün.
Coviddən sonra bağlanan Laqodek-Belakani sərhədi açılmadığı üçün artıq üç ildir ki, Heretidən gələ bilməyən soydaşlarımız baradə də düşünməliyik. İnsanlar Bakıya qədər uzun yol qət etməli və oradan uçmalı olurlar ki, bu da onların əksəriyyətinin imkanlarından praktiki olaraq kənardadır.
Biz xaricdəki vətəndaşlarımıza və ya keçmiş vətəndaşlarımıza qayğı göstərməliyik, bu, bizim kimi dövlətin prioritetlərindən biri və diaspora ilə bağlı kompleks strategiya olmalıdır”.
Gürcüstan qanunvericiliyinə görə, vətəndaşlığın verilməsi ilə bağlı yekun qərarı Dövlət Xidmətlərinin İnkişafı Komissiyasının vətəndaşlıq üçün müraciət edən şəxslə bağlı müsbət və ya mənfi rəy verməsindən asılı olmayaraq, prezident qəbul edir.
Ədliyyə Nazirliyinin 2023-cü ilin martında Gürcüstan parlamentinin üzvü Paata Mancqaladziyə verdiyi məlumata görə,
2022-ci il fevralın 24-dən 2023-cü il fevralın 8-dək olan müddətdə 3297 Rusiya və 78 Ukrayna vətəndaşına Gürcüstan vətəndaşlığı verilib.
Bu müddət ərzində Rusiya Federasiyasının 8333 vətəndaşı Gürcüstan vətəndaşlığı üçün müraciət edib. Nazirlik 2638 müraciəti rədd edib, 1765-i baxılma mərhələsindədir, 326-sı baxılmamış olaraq qalıb, 69-u isə dayandırılıb.