Gürcüstan prezidenti Salome Zurabişvili rus qanununa etiraz olaraq parlamentin qarşısına toplaşan vətəndaşlara müraciət edərək referendum keçirilməsini təklif edib. Prezidentin sözlərinə görə, referendumda qərar verilməlidir ki, “biz Avropa gələcəyini istəyirik, yoxsa rus əsarətini”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“84 Şulaverli və ya 84 Orconikidze bu ölkənin gələcəyini dəyişə bilməz. Bu gələcək bizimdir və mən sizə nə etməli olduğumuzu söyləyəcəyəm. Onlar düyməni basıb adlarını tarixin bir səhifəsinə yazdıqdan sonra, bu günə cavab olaraq biz indidən 26 oktyabra hazırlaşmaq üçün əlimizdən gələni etməliyik.
Bu gün qəzəblisiniz? Qəzəblənin, amma işə başlayaq!
Məsələ burasındadır ki, ilk növbədə, real referendum hazırlamalıyıq, yəni bu gün sizdə olan enerji imza toplamaq üçün sərf olunmalıdır, onları mənə gətirin və mən referendumu imzalayacağam - biz Avropa gələcəyini istəyirik, yoxsa rus əsarətini. 84 nəfər buna qərar verə bilməz. Birlikdə qərar verəcəyik!
84 nəfər burada, yeni Gürcüstanda, gələcəyin Gürcüstanında olanlarla, sizinlə müqayisədə heç nə deyil!
İndi ikinci, əsas odur ki, siz burada olanlar, gənclər, imza toplama işini artıq həll edib mənə gətirdiyiniz zaman əsas vəzifəniz harada lazımdırsa, seçkiləri qorumaq olacaq, çünki səfərbərliyiniz, yarım milyon səsiniz və diasporumuzun daha yarım milyon səsi (ən az) Oktyabrın 26-da keçiriləcək seçkilərə qərar verəcək və mən çalışacağam ki, bizim tərəfdaşlarımız, dostlarımız (bəziləri kimin dost, kimin əsrlik düşmən olduğunu başa düşə bilmədilər) yanımızda olsun.
Ola bilsin, kimlərəsə, Orconikidzelərə sanksiyalar tətbiq etsinlər, amma ölkəyə sanksiya qoymayacaqlar - bu gün ölkə göstərdi ki, kimdir, nədir, haradadır. Bu bizim gələcəyimizdir. 26 oktyabra hamımız birlikdə hazırlaşmalıyıq.
Mən sizin yanınızdayam! Mən sizəm, siz isə mən!”, - deyə prezident bildirib.
Gürcüstan Konstitusiyasına əsasən, prezident parlamentin, hökumətin və ya azı 200 min seçicinin tələbi ilə Konstitusiya və qanunla müəyyən edilmiş məsələlər üzrə referendum təyin etmək səlahiyyətinə malikdir. Fərmanın qüvvəyə minməsi üçün baş nazirin ortaq imzası (əks imzası) lazımdır. Baş nazir imtina edərsə, referendum keçirilməyəcək. Referendumdan imtinadan Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.
Mayın 28-də Gürcüstan parlamenti prezidentin vetosunu aşaraq, nəhayət, 84 səslə rus qanununu təsdiqləyib. “Gürcü Arzusu”nun deputatları polis və xüsusi təyinatlıların köməyi ilə qanunverici orqanı tərk ediblər.