Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər haqqında” rus qanunu qəbul olunarsa, ona veto qoyacaq. Bu barədə prezidentin parlament katibi Qiorqi Msxiladze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sözügedən qanun layihəsinin çoxluq tərəfindən irəli sürülməsinə reaksiyanı hamımız gördük. Bunu həm Avropa İttifaqı, həm də NATO-nun baş katibi, beynəlxalq tərəfdaşlarımız, strateji tərəfdaşlarımız, ABŞ şərh etdi və bu qanunun qəbulunun Gürcüstanın Avropaya inteqrasiya yoluna mane olacağını qeyd etdi.
Müvafiq olaraq, biz tələb etdik ki, ümumiyyətlə, qeydiyyatdan keçməsin, adıçəkilən qanunun komitələrdə müzakirəsi başlamasın, ümumiyyətlə, keçən il söz verilən bu qanunun müzakirəsi dayandırılsın. Prezident təbii ki, konstitusion hüququndan istifadə edəcək və sözügedən qanuna veto qoyacaq”, - Msxiladze parlamentdə büro iclasından sonra deyib.
Strateji tərəfdaşların tənqidlərinə baxmayaraq, parlamentin Bürosu hakim partiyanın təşəbbüsü ilə hazırlanan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qeydiyyata alıb. Aprelin 15-də isə ona Hüquq Məsələləri Komitəsində baxılacaq.
Rus qanununun qəbuluna imkan verməyəcəklərini iddia edən müstəqil media nümayəndələrinin bu gün parlamentə girişi qanunsuz olaraq məhdudlaşdırılıb.
“Gürcü Arzusu” 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. Prezidentin vetosunu aşmaq üçün hakim partiyanın 76 deputatın səsi lazımdır və o buna malikdir.