Notariuslar Nunu Qinturi, Zaal Batuaşvili və notariusun köməkçisi vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda pulun mənimsənilməsinə köməklik göstərmək faktı ilə bağlı prokurorluq tərəfindən saxlanılıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İstintaq müəyyən edib ki, iki notarius və bir notarius köməkçisi mənzilləri girov qoymaqda maraqlı olan şəxslərə məxsus külli miqdarda pulu aldatma yolu ilə əldə etmədə mütəşəkkil cinayətkar qrup üzvlərinə köməklik ediblər, onlar özlərini zərərçəkmişlərə makler kimi təqdim edərək mənzilləri girov qoymağı təklif edirmişlər. Onları mənzilin sahibləri və müqavilənin tərəfləri kimi eyni cinayətkar qrupun üzvləri kimi təqdim ediblər, etimadı qazanmaq üçün təqsirləndirilən şəxslərlə bağladıqları müqavilələri notarial qaydada təsdiqləyiblər.
Cinayətkar dəstənin üzvlərinə kömək məqsədi ilə notariuslar və notariusun köməkçisi notariat prosedurlarını həyata keçirərkən zərərçəkmiş şəxslərə notariat prosedurlarının məzmununu və hüquqi nəticələrini izah etməmişlər. Təqsirləndirilən şəxslər 94 zərərçəkmişə borc, ipoteka və mənzildən istifadə müqaviləsi əvəzinə - belə ki, mütəşəkkil dəstə üzvləri tərəfindən pulun qaytarılmaması halında mənzilin zərərçəkmişlərin mülkiyyətinə verilməsi məsələsi qaydaya düşəcəkdi - borc müqavilələri saxta yolla imzalanıb. Notariuslar cinayətkar qrupun üzvlərindən hər bir müqavilənin imzalanması müqabilində müəyyən məbləğdə pul alıblar.
Mütəşəkkil cinayətkar dəstənin üzvləri notariusların köməyi ilə 94 zərərçəkmişə məxsus külli miqdarda 2 milyon 686 min 700 lari pulu dələduzluq yolu ilə ələ keçiriblər”, - Bu barədə prokurorluğun məlumatında deyilir.
Saxlanılan şəxslər mütəşəkkil dəstə tərəfindən öz vəzifə statusundan istifadə edərək külli miqdarda pulu əldə etməklə dələduzluğa köməklik göstərmə faktı ilə ittiham olunacaqlar, hansı ki, cəzanın forma və ölçüsündə yeddi ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokurorluq təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edir.
Mütəşəkkil cinayətkar dəstənin üzvlərinə gəlincə, onlara qarşı digər cinayət işləri üzrə də ittiham irəli sürülüb, istintaq davam etdirilir.