Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstan vətəndaşlarını pul müqabilində Meksika üzərindən Amerika Birləşmiş Ştatlarına keçirəcəyini vəd edən, lakin vədinə əməl etməyən şəxsi saxlayıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, hazırda töhmət altında olan K.T. dələduzluqda ittiham olunur.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Gürcüstan vətəndaşlarını 7 000 ABŞ dolları müqabilində qeyri-qanuniş əkildə Meksika üzərindən Amerika Birləşmiş Ştatlarının ərazisinə keçirəcəyini vəd edib, onlardan pulu qabaqcadan alıb və vədlərinə əməl etməyib.
Ümumilikdə, cinayət əməli nəticəsində K.T. dələduzluq yolu ilə vətəndaşlara məxsus 23 900 ABŞ dolları və 2 600 avro pulunu mənimsəyib”, - nazirlikdən bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə araşdırma aparılır. Təqsiri sübuta yetirilərsə, məhbusu 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.