“Qələbə günü” ilə əlaqədar Cənubi Osetiyanın de-fakto parlamenti amnistiya qəbul edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

De-fakto Cənubi Osetiya Respublikasının parlamenti “Böyük Vətən Müharibəsində”ki qələbənin 78-ci ildönümü ilə əlaqədar ümumilikdə 50 nəfərə şamil olunacaq olan amnistiya haqqında qərar qəbul edib.

Qətnamənin kimə və hansı cinayət kateqoriyasına aid ediləcəyi hələlik məlum deyil. Qondarma qanunvericilik məslələri üzrə, qanunilik və yerli özünüidarəetmə komitəsinin sədr müavini Alan Qaqloyev bildirib ki, amnistiya olunmuş şəxslərin siyahısı qətnamənin qəbulundan 3 ay sonra dərc olunacaq.

De-fakto Cənubi Osetiyada amnistiya sonuncu dəfə 2017-ci ildə qəbul edilib. Mayın 3-də keçirilən iclasda qondarma deputat Amiran Diakonov bildirib ki, amnistiya məsələsi əvvəlki illərdə bir neçə dəfə gündəmdə olub, lakin müxtəlif səbəblərdən onun müzakirəsi təxirə salınıb. 9 may bu məsələyə son qoymaq və amnistiyaya dəstək vermək üçün yaxşı tarixdir”, - Diakonov bildirib.

De-fakto parlament amnistiyanı bu il fevralın 23-də (“Rusiya Federasiyasında “Vətən Müdafiəçisi Günü”) elan edəcəkdi, lakin sonra onu mayın 9-u ilə əlaqələndirməyə qərar verdilər. Aprel ayında qətnamə layihəsinin müzakirəsi zamanı qondarma baş prokuror Sergey Bityev bildirib ki, layihəyə əsasən, SSRİ, Rusiya və Cənubi Osetiyanın orden və ya medalları ilə təltif edilmiş şəxslər, habelə vətənin mühafizəsi üzrə hərbi əməliyyatlarda iştirak etmiş şəxslər həbs cəzasından azad olunacaqlar.

Cxinvali həbsxanasında 5 Gürcüstan vətəndaşı qanunsuz saxlanılır, onların arasında 2021-ci ilin dekabrında Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında həbs edilmiş keçmiş hərbi qulluqçu Mamuka Çxikvadze də var. O, qondarma sərhədi qanunsuz keçməklə yanaşı, narkotik qaçaqmalçılığında da ittiham olunur. 2022-ci ilin mayında de-fakto məhkəmə Çxikvadzeni 5,6 il müddətinə azadlıqdan məhrum edib, onun yerli vəkili qərardan apellyasiya şikayəti verib və qanunsuz cəza 3,8 ilə endirilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur