Qəsdən adam öldürməkdə ittiham olunan Zurab Zviadauri hökumət tədbirində

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Təqsirləndirilən Zurab Zviadauri hökümət tədbirində

27 yaşlı Nika Kençoşvilini qəsdən öldürməkdə təqsirləndirilən “Gürcü Arzusu”ndan parlamentin keçmiş deputatı (2012-2016) Zurab Zviadauri mayın 26-da hökumətin Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar təşkil etdiyi təntənəli tədbirdə iştirak edib.

“Gürcüstan Xəbərləri”nin çoxsaylı müraciətlərinə baxmayaraq, hökumət administrasiyası xüsusilə ağır cinayətdə təqsirləndirilən sabiq deputatın hökumət tədbirinə niyə dəvət edildiyini izah etməyib;

Dövlətin siyasi məmurları Zviadauriyə açıq dəstəklərini bildirməyiblər ki, xüsusilə də, cinayət işinə andlılar məhkəməsinin baxmalı olduğu və artıq 20 aya yaxın vaxtdır ki, məhkəmənin işə baxmaq üçün lazımi sayda andlı hakimləri toplaya bilmədiyi bir dövrdə.

Hüquqşünaslar hesab edirlər ki, hakimiyyətin bu qərarı hakimlərdən ibarət münsiflər heyətinə təsir etmək cəhdi kimi qiymətləndirilə bilər.

Telavi Rayon Məhkəməsi müttəhim Zviadauri ilə bağlı misli görünməmiş qərar alıb, belə ki, üç aylıq ilkin həbsdən sonra, xüsusilə ağır cinayətdə ittiham olunmasına baxmayaraq, özünü təqsirli bilməyən şəxs 50.000 lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

Hakim Mamuka Tsiklaurinin sözlərinə görə, artıq cinayət işinin şahidlərinə təsir etmək riski yox idi. Rəsmi olaraq prokurorluq apellyasiya şikayəti verməsə də, məhkəmənin bu qərarı ilə razılaşmadığını bildirib.

Zurab Zviadauri təqsirini boynuna almır və Gürcüstan qanunvericiliyinə görə cəzalandırılmayan zəruri dəf çərçivəsində hərəkət etdiyini deyir.

Təqsirləndirilən Zviadauri onun işinə andlılar tərəfindən baxılmasını tələb edib.

Hakimlərin seçilməsi ilə bağlı növbəti məhkəmə iclası iyunun 16-sı saat 12:00-a təyin edilib.

Zviadaurini həbsdən azad etmək üçün məhkəməyə dünya çempionu Avtandil Çrikişvili, olimpiya çempionu Laşa Bekauri, eləcə də “Gürcü Arzusu”ndan keçmiş parlament üzvü Zakariya Kutsnaşvili şəxsi təminat təklif ediblər.

Prokurorluğun məlumatına görə, 2021-ci il avqustun 16-da Telavi rayonunun Tsinandali kəndinin meşəsində qarşılıqlı atışma nəticəsində 3 nəfər - Zviad Zviadauri (Zurab Zviadaurinin qardaşı), Vasil Tsotxalaşvili və Nika Kençoşvili qətlə yetirilib. Zviad Maisuradze və Anzor Şamrelaşvili isə yaralanıb.

Cinayət işinin materiallarına görə, eynii adlı Muxiani ərazisində saat 11 radələrində Zviad Maisuradze Vaxtanq Kvantalyanla mübahisə edib, mübahisə davaya çevrilib və Zviad Maisuradzenin qohumları, orada olan Caba Cangiraşvili, Levan Maisuradze və başqaları da davaya qoşulub. Davada əsəbləşən Caba Cangiraşvili dostu Zviad Zviadauriyə hadisə barədə məlumat verib və kömək istəyib. Onlar avanın səbəbini öyrənmək üçün saat 17:00-də Vaxtanq Kvantalyanı çağırıblar. Təyin olunmuş vaxtda Zviad Zviadauri, Vasil Tsotxalaşvili, Anzor Şamrelaşvili və başqaları göstərilən yerə gəliblər, daha sonra Zviad Zviadaurinin qardaşı Zurab Zviadauri də gəlib.

Qarşılıqlı mübahisə fiziki qarşıdurmaya çevrilib və nəticədə qarşılıqlı atışma olub. Vasil Tsotsxalaşvili Jaba Cangirashviliyə məxsus odlu silahdan atəş açıb, bu zaman qarşıdurmada iştirak edən Nika Kençoşvilinin cavab atəşi nəticəsində Vasil Tsotsxalaşvili və Zviad Zviadauri hadisə yerində dünyasını dəyişib, Zviad Maisuradze və Anzor Şamrelaşvili bədənin müxtəlif nahiyələrindən yaralanıblar. Qarşıdurma zamanı münaqişədə də iştirak edən Zurab Zviadauri atışma zamanı Nika Kençoşvilini ölümcül yaralayıb.

Prokurorluq Zviadaurini Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və 8 ildən 15 ilədək həbs cəzası nəzərdə tutan 108-ci maddəsi ilə ittiham edib.

“Zurab Zviadauri qisas məqsədilə 27 yaşlı Nika Kençoşvilini güllələyib. Zəruri geri çəkilmə vəziyyəti istisna edilib və ona görə də ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb”, - deyə Kaxeti Rayon Prokurorluğunun prokuroru Vladimir Bekişvili bildirib.

“Oğlum işləmək üçün Çiaturadən Tsinandaliyə gəlib. O, gəlir əldə etmək üçün fiziki olaraq, tikintidə işləyirdi. Orada tək deyildi. Bilirəm ki, Nika ilk dəfə atəş açmayıb. Nika silaha əl uzadıb yaxınlarını müdafiə edəndə artıq yaralanmışdı. Oğlum müdafiə rejimində idi, Zviadauri yox. Mənə dedilər ki, Nika kürəyindən bıçaqlanıb, mənə oğlumun meyitini göstərmədilər”, - Tsinandali meşəsində öldürülən 27 yaşlı Nika Kençoşvilinin anası Nana Kençoşvili deyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur