Fevralın 25-də Sovet Rusiyası Qırmızı Ordusunun Tbilisiyə hücumunun ildönümü ilə əlaqədar hökumət administrasiyası Baş Nazir İrakli Qaribaşvilinin bəyanatını yayıb, hansı ki, bu bəyanatda Rusiyanın adı çəkilmir və 102 illik işğal “faciəli hadisə” kimi qiymətləndirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“1921-ci il fevralın 25-i tariximizin ən faciəli hadisələrindən - bir çox soydaşlarımızın, gənc yunkerlərin, silahlı qüvvələrin əsgər və könüllülərinin, mülki şəxslərin həyatına son qoymuş, ölkənin uzun onilliklər ərzində inkişafını dəyişdirmiş bir hadisədir. Eyni zamanda, fevralın 25-i Gürcüstanın yekun müstəqilliyi uğrunda amansız mübarizənin başlandığı gün oldu. Bugünkü azadlığımız mübarizənin hər zaman məna daşıdığını, sonda həqiqətin, ləyaqətin həmişə qalib gəldiyini sübut etmək üçün özünü qurban verənlərin sayəsindədir. Bu gün də bizi yeni qələbələrə, ölkənin vəhdətinə, möhkəmlənməsinə doğru aparan tarixi həqiqətdir, vətənə həsr olunmuş qəhrəmanlıq nümunəsidir”, - hökumətin “Facebook” səhifəsində yayımlanan və vətəndaşların etirazları ilə müşayiət olunan bəyanatda deyilir.
Sosial şəbəkə istifadəçiləri baş nazirin açıqlamasının altına yüzlərlə tənqidi şərh yazıblar. Onlardan bəziləri şərhlərinin silindiyini deyir:
“Məni nə qədər bloklasanız da, yazacam: Rusiya işğalçıdır. Gürcü xalqı hər yola gedəcək, lakin bu ölkədə Rusiyanın hökmranlığına imkan verməyəcək”;
“Rusiya düşməndir! Yunkerlər qarşısında utancvericidir ki, qorxaq hökumət FB-də Rusiyanın adını belə çəkə bilmir”;
“Öz vətəndaşlarının şərhini silmək utancvericidir, Rusiya isə işğalçıdır. Gürcüstan hökumətinin rəsmi səhifəsi vətəndaşlarının şərh yazmasına mane olur. Bu səviyyəyə necə düşdük?”;
“İrakliyə çığır de ki, Rusiya işğalçıdır. Qorxma”;
“Dediyiniz “faciəli hadisənin” yaradıcısı bu gün də, sonra da Rusiya olub və olur! Bu utancvericidir! #Rusiyaişğalçıdır”;
“Adminin iş saatı bitdi?! Səhərdən sonra son bir saatda yazdığım bütün şərhlər yerindədir”;
Həmin günün sonunda hökumət administrasiyası yaxınlığında “Avropa Gürcüstanı” partiyasının təşkilatçılığı ilə aksiya keçirilib. Aksiya iştirakçıları Gürcüstan hökumətinin “Kremllə əməkdaşlığına” etiraz edirdilər.
Gürcüstan Parlamentinin qərarı ilə fevralın 25-i Sovet İttifaqının işğalı günü elan edilib. Hökumət administrasiyasının verdiyi məlumata görə, İrakli Qaribaşvili Sovet işğalı günü ilə əlaqədar yunkerlərin abidəsinə əklil qoyub.
Sovet işğalı günü ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi də bəyanat yayadı:
“1921-ci ilin bu günündə Sovet Rusiyasının Qırmızı Ordusu öz soydaşlarını “qorumaq” bəhanəsi ilə Tbilisiyə soxulub. Onların niyyəti müstəqil dövləti devirmək idi. Bu hərəkət Sovet Rusiyasının Gürcüstanın suverenliyinə və öz müqəddəratını təyin etməsinə hörmətlə yanaşmağı öhdəsinə götürdüyü 1920-ci il Moskva müqaviləsini pozmaqla özünü göstərdi. Bunun ardınca yeddi onillik sovet işğalı baş verdi, bu müddət ərzində Gürcüstan tiranlığa qarşı səsini ucaltmağa cəsarət edən bir çox vətəndaşını itirdi.
Bu il ABŞ səfirliyi 25 fevralın ildönümünü xüsusilə əlamətdar hesab edir, çünki revanşist Rusiya öz qonşularının müstəqilliyini və suverenliyini pozmaqda davam edir.
Avro-Atlantik ictimaiyyət birdir və biz Rusiyanın təcavüzünə qarşı durmaq və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə qəti qərarlıyıq”.
ABŞ səfirliyi Gürcüstanın milli qəhrəmanı, Birinci Respublikanın Silahlı Qüvvələrinin Baş Komandanı, general Qiorqi Kvinitadzenin sözlərini sitat gətirib: ”Məni öldürəcək güllə yoxdur, çünki mənim köküm ölən yox, öldürən ölkədəndir”.