Qiorqi Qaxariyanın partiyası “Gürcüstan Naminə” üçüncü prezident Mixeil Saakaşvilinin həbsxanaya qaytarılmasını tələb edir. Parlamentin üzvü Mixeil Dauşvilinin sözlərinə görə, dekabrın 20-də keçirilən məhkəmə prosesində Mixeil Saakaşvili palatadan canlı efirdə partiya iclası keçirib, tapşırıqlar verib, “Milli Hərəkat”ın birləşmə planını təşkil edirmiş, hakim isə onu dayandırmayıb və bu, pozuntudur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən, ədliyyə sisteminə, o cümlədən “İmedi” televiziyasına xüsusi təyinatlılara hücum edib, o zaman hökumətə qarşı tənqidi mövqe sərgiləyən televizaynı bağlatdırdığına görə cavab verməli olan Mixeil Saakaşvili məhkəmə iclası zamanı palatadan canlı efirdə partiya iclası keçirib, tapşırıqlar verib, “Milli Hərəkat”ın yenidən birləşməsini təşkil edib, Ukrayna dilində birləşmə planı ilə bağlı açıqlamalar verib, yəni həbsdə olan cinayət işi ilə heç bir əlaqəsi olmayan hallardan, Gürcüstanın cinayət-prosessual qanunvericiliyinə görə onun etmək hüququ olmayan şeylərdən danışıb və belə olan halda hakim onu dayandırmalıdır. Bunun əvəzinə Saakaşvilinin bu seçkiqabağı kampaniyası canlı efirlərdə, o cümlədən Saakaşvilinin hücum etdirdiyi “İmedi” telekanalı vasitəsilə yayımlanır”, - Dauşvili bildirib.
Sabiq baş nazir Qiorqi Qaxariyanın partiyası hesab edir ki, xarici ölkə vətəndaşı olan məhkum Mixeil Saakaşvili ona qanunla qadağan olan milli siyasi proseslərdə tam iştirak edir, lakin “Gürcü Arzusu” buna imkan verir.
“Bu, bir təşviqat xarakterli hadisədir, məqsədi bir tərəfdən parçalanmış “Milli Hərəkat”ı 2024-cü il seçkiləri üçün xilas etmək, digər tərəfdən isə Gürcüstan vətəndaşlarını Saakaşvili və onun “Milli Hərəkat”ı ilə qorxutmaqdır.
Biz “Oçneba”nı bu seçkiqabağı tamaşanı dayandırmağa çağırırıq, seçkiqabağı öz PR məqsədlərinə çatmaq üçün məhkəmədən istifadə etməsin. Parçalanmış “Milli Hərəkatın” yenidən birləşməsinə kömək etməsin. Məhkəmənin ədaləti bərqərar etməsinə imkan versin. Cinayət Məcəlləsinin sistematik pozulmasına son qoysun və ən azı yeni ildən sonra Mixeil Saakaşvilini cəzaçəkmə müəssisəsinə köçürsün.
“Hökumət Gürcüstan qanunvericiliyinin icrasını təmin etməli və xarici vətəndaşların ölkənin daxili siyasi proseslərinə müdaxilə etməsinə və iştirakına imkan verməməlidir”, - Mixeil Dauşvili bildirib.
Dekabrın 20-də “Vivamed” klinikasından Mixeil Saakaşvili Tbilisi şəhər məhkəməsində 7 noyabr işi üzrə keçirilən iclasda iştirak edib və siyasi bəyanatlarla çıxış edib. Üçüncü prezident “Milli Hərəkat”la birlikdə müxalifətə siyasi fəaliyyət və birlik komitəsinin yaradılmasını təklif edib. Bundan əlavə, o bildirib ki, vətəndaşlar səfərbər olmalı və xaricdə seçki məntəqələrinin açılmasını tələb etməlidirlər.
Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze Saakaşvilinin klinikadan həbsxanaya qaytarılması xahişinə cavab verib.
“Mixail Saakaşvili pəhriz saxlayırdı, əla formadadır, yaxşı görünür. Yəqin ki, müvafiq qurum öz qərarını verəcək”, - Kaladze bildirib.
Noyabrın 10-da ədliyyə naziri Rati Breqadze bildirib ki, Saakaşvilinin cəzaçəkmə müəssisəsinə qaytarılması üçün həkimlərin müvafiq tövsiyəsi lazımdır.
Mixeil Saakaşvili deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.Üçüncü prezident həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkdə və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 lari mənimsəməkdə - “gödəkçələr” adlanan işlər üzrə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır və siyasi təqiblərə məruz qaldığını, Putinin məhbusu olduğunu deyir.
Səhhətinin pisləşməsi ilə əlaqədar Saakaşvili 2022-ci il mayın 12-dən Xüsusi Cəzaçəkmə Xidmətinin podratçısı olan “Vivamed” klinikasına yerləşdirilib.