Qeyri-hökumət təşkilatları Kobaxidze, Papuaşviliyə və “Oçneba”nın digər rəhbərlərinə müraciət edirlər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Biz “Gürcü Arzusu”nun liderlərini kiminsə onlara xarici dövlətin maraqları naminə hərəkət etməyi tapşırıb-tapşırmadığını xalqa izah etməyə çağırırıq, əgər belədirsə, konkret hallar desinlər”, - Bu müraciət illərlə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşkilatlarda işləyən “Gürcü Arzusu”nun liderlərinə ünvanlanıb.

Xüsusilə, baş nazir İrakli Kobaxidze 9 il ABŞ və BMT təşkilatlarında çalışıb; Parlamentin sədri Şalva Papuaşvili - 17 il Almaniya Fondunda (“GIZ”, Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) çalışıb; Qivi Mikanadze, Parlamentin Təhsil, Elm və Gənclər Komitəsinin sədri - Avropa Şurası, ATƏT, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqından 10 il müddətinə maliyyə vəsaiti alıb; Parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Rati İonatamişvili - 9 il müddətinə Avropa İttifaqı, “USAID” və digər beynəlxalq fondlardan maliyyə alıb; Nikoloz Samxaradze, Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri - 11 il Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının proqramlarında işləyib; Parlamentin vitse-spikeri Arçil Talakvadze - üç il ABŞ təşkilatlarında və “Soros Fondu”nda işləyib; Parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maia Bitadze - 15 il BMT, ATƏT və Dünya Bankı təşkilatlarında çalışıb.

“Onlardan bəziləri donor təşkilatların nümayəndələri kimi Gürcüstanın qeyri-hökumət təşkilatları ilə ədalət, bərabərlik, özünüidarəetmə və digər məsələlərlə bağlı işləyiblər. Bu gün illərlə təmsil etdikləri həmin təşkilatların xarici dövlətlərin maraqlarını daşıdıqlarını, Gürcüstan üçün təhlükə olduqlarının bəyan edirlər. Müvafiq olaraq, biz onları kiminsə onlara xarici dövlətin maraqları naminə hərəkət etməyi tapşırıb-tapşırmadığını gürcü xalqına açıq şəkildə izah etməyə çağırırıq, əgər belədirsə, konkret hallar desinlər.

“Gürcüstandaki qeyri-hökumət təşkilatları öz nizamnamələrində nəzərdə tutulan məqsədlərə nail olmaq, Gürcüstan vətəndaşlarının maraqlarını qorumaq və Gürcüstanda demokratik ictimai təsisatları gücləndirmək üçün fəaliyyət göstərib, fəaliyyət göstərir və bundan sonra da fəaliyyət göstərəcək”, - qeyri-hökumət təşkilatlarının birgə bəyanatında deyilir.

Bəyanatın imza atır: “Beynəlxalq Şəffaflıq – Gürcüstan”; İnsan Hüquqları Mərkəzi"; “İnformasiya Azadlığının İnkişafı İnstitutu”; “İdarəetmənin Monitorinqi Mərkəzi”, “Çoxpartiyalı Demokratiya Mərkəzi”; "Yaşıl Alternativ"; “Sovet Keçmişinin Tədqiqi Laboratoriyası”; "Salam Platforması"; “Ədalətli Seçkilər və Demokratiya üzrə Beynəlxalq Cəmiyyət”; “Vətəndaş Cəmiyyəti Fondu”; “Sapari”; “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”; “Gürcüstanın Demokratik Təşəbbüsü"; “Gürcüstanın Avropa Orbiti”; “Gürcüstan İslahatlar Assosiasiyası”; “Gürcüstan Məhkəməsinin Gözətçisi”; “Sosial Tədqiqatlar və Təhlillər İnstitutu”; “Sosial Ədalət Mərkəzi”; “Qadınların Təşəbbüslərinə Dəstək Qrupu”; “İşgəncə Qurbanlarının Psixososial Reabilitasiyası Mərkəzi” və “Tbilisi Pride”.

"Gürcü Arzusu" 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. ABŞ, NATO və Avropa İttifaqı bildirir ki, agentlər haqqında qanunun qəbulu Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur