Qeyri-hökumət təşkilatları “xarici agentlər”haqqında rus qanununa qarşı Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət edəcəklər və məhkəmə vaxtında tədbir görməsə, beynəlxalq mexanizmdən istifadə imkanlarını nəzərdən keçirəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onların sözlərinə görə, şikayət ərizəsi hazırlanır və təfərrüatlar, o cümlədən hansı problemli maddələrin dayandırılmasının istəniləcəyi yaxın vaxtlarda açıqlanacaq.
“Gürcüstanın qeyri-hökumət təşkilatları rus qanununa qarşı hüquqi mübarizəni davam etdirir. Biz bəyan edirik ki, rus qanununun qaydaları ilə yaşamayacağıq və qanun qeyd-şərtsiz ləğv edilənə qədər onun fəaliyyətinə mane olmaq üçün bütün daxili və beynəlxalq mexanizmlərdən istifadə edəcəyik.
Bunun üçün biz Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq şikayət ərizəsi hazırlayırıq və yaxın vaxtlarda ona müraciət edəcəyik. Konstitusiya Məhkəməsi Konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində addım ata və qanunun müvafiq maddələrinin fəaliyyətini dayandıra bilər.
Lakin biz Konstitusiya Məhkəməsini hüquqi mübarizəmizin yeganə yolu hesab etmirik. Konstitusiya Məhkəməsi vaxtında və konstitusiya çərçivəsində addım atmasa, alternativ hüquqi mexanizmdən istifadə edəcəyik. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməyə hazırlaşırıq və lazımi vaxtda müraciət edəcəyik.
Bütün qeyri-hökumət təşkilatları, media bu mübarizənin iştirakçısı olub bizə qoşula bilər. Biz birlikdə qalib gələcəyik. Rus qanununa yox! Avropaya hə!", - bugünkü brifinqdə “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”nın sədri Nona Kurdovanidzenin oxuduğu birgə bəyanatda deyilir.
“Konstitusiya Məhkəməsinin vətəndaş cəmiyyəti təşkilatlarına, cəmiyyətə, bu ölkəyə ziyan vurmazdan əvvəl problemli maddələri, qanunu nəhayət ləğv olunana qədər dayandırmaq hüququ var - və bu mütləq olacaq. Məhkəmənin bunun üçün kifayət qədər vaxtı var”, - deyə Kurdovanidze bildirib.
Bu gün baş nazir İrakli Kobaxidze bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsi öyrənilib və parlamentin qəbul etdiyi qanun “ona tam uyğundur”. Kobaxidze qanunun fəaliyyətinin dayandırılmasının məsələyə hüquqi baxılmamış siyasi qərar olduğunu bildirib və Strasburq Məhkəməsinin siyasətin təsirinə məruz qalmayacağına ümid etdiyini bildirib.
“Gürcü Arzusu” mayın 28-də prezidentin rus qanununa qoyduğu vetonu aşıb və nəhayət, 84 səslə onu təsdiqləyib. Qanun parlament sədri Şalva Papuaşvilinin imzasından sonra qüvvəyə minəcək.