Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri bu gün keçirdikləri brifinqdə “Gürcü Arzusu”nun əks aksiyada Qərb əleyhinə səsləndirdiyi bəyanatlara münasibət bildiriblər və vətəndaşları saat 19:00-da parlament qarşısında toplaşmağa çağırıblar. Onların fikrincə, hamıya aydın oldu - rus qanununun qəbul edilməsində məqsəd “şəffaflıq” deyil, ölkənin xarici kursunu dəyişməkdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vətəndaş cəmiyyəti həftələrdir ki, rus qanununun nə üçün konstitusiyaya zidd, Gürcüstan demokratiyasının sonu olduğunu və Avropa İttifaqına inteqrasiya üçün milli istəklərə qəsdən zərbə vurduğunu ətraflı izah edir. Lakin rus qanununun zərərli nəticələri barədə ictimaiyyəti hökumətin dünənki bəyanatlarından yaxşı heç kim inandıra bilməzdi.
Hakimiyyət açıq şəkildə bildirdi ki, rus qanununu qəbul etməklə xalqa qarşı repressiyalar elan etməyi planlaşdırırlar. Onlar seçkilərin saxtalaşdırılması, senzura və sovet tipli totalitar rejimi elan edirlər. Onlar Qərbi düşmən gördüklərini, ölkəmizi işğal edən ölkə Rusiyanın bu kontekstdə adını belə çəkilmədilər. Hamı aydın başa düşürdü ki, rus qanununun qəbul edilməsində məqsəd bədnam “şəffaflıq” deyil, ölkənin xarici kursunu dəyişmək və ruslaşdırmanı başa çatdırmaqdır.
Bu gün hökumət konstitusiyaya zidd olan bu qanunun qəbulu üçün daha bir addım atır və rus qanununun ikinci oxunuşunun plenar müzakirəsini planlaşdırır.
Ona görə də biz, bu ölkənin vətəndaş cəmiyyətinin üzvləri və vətəndaşları:
- Biz qanunun ikinci oxunuşda qəbulu cəhdinə qarşı çıxacağıq və hakimiyyətə bir daha göstərəcəyik ki, rus qanunu vasitəsilə konstitusiyaya xəyanət etmək və Avropa İttifaqından imtina etmək heç vaxt gürcü xalqının seçimi olmayacaq.
- Biz siyasi partiyaları xalq qarşısında borcunu yerinə yetirməyə və parlamentdə rus qanununa qarşı daha da sərt mübarizə aparmağa çağırırıq.
- Ölkənin müstəqilliyi, konstitusiyası və Gürcüstanın Avropa yolu hər kim üçün vacibdirsə hər kəsi, hər bir Gürcüstan vətəndaşını saat 19:00-da parlamentin qarşısına toplaşmağa çağırırıq.
Biz hökumətin necə hərəkət edəcəyini izləyəcəyik və mövcud vəziyyətə uyğun olaraq, ölkənin konstitusiya çərçivəsinə qayıtmasına və gürcü xalqının bəyan etdiyi iradəsinə uyğun hərəkət edəcəyik. Avropaya hə! Rus qanununa yox!”, - deyə onlar brifinqdə bildiriblər.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiyalar nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq təkrardan irəli sürüb.
Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb.
Aprelin 17-də 83 deputat rus qanununu birinci oxunuşda dəstəkləyib, bu gün, aprelin 30-da “Gürcü Arzusu” onu ikinci oxunuşda qəbul etməyə çalışacaq.
Aprelin 15-dən Tbilisidə hər gün rus qanununa qarşı kütləvi etiraz aksiyaları keçirilir. 28 aprel nümayişində on minlərlə insan iştirak edib.