İyunun 4-də axşam saatlarında Qoridə polis Tbilisi və Qoridə “agentlər haqqında” rus qanununa qarşı və anti-Rusiya aksiyalarında fəal iştirak edən iş adamı, “Resto Bar”ın sahibi İoseb Babayevi saxlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mənə dediyinə görə, Qorinin girəcəyində magistraldan şəhərə dönərkən onu xarici maşın təqib edib və hərəkətin davam etməsinə imkan vermirmiş. Bu vaxt polis gəlib. Mənə dedi ki, maşınımın şüşələrini sındırırdılar, mən də nə baş verdiyini soruşmaq üçün özüm çıxdım. Onlar maşından düşən kimi odlu silahı salona, avtomatı isə maşının baqajına qoydular. Bir müddət sonra onlar axtarışa və çəkilişlərə başladılar ki, guya silah tapıblar”, - İoseb Babayevin vəkili Kaxa Kalmaxelidze “Gürcüstan xəbərləri”nə bildirib.
Vəkilin sözlərinə görə, saxlanılan şəxsin fiziki xəsarətləri var.
“Onun əllərində və başında qançırlar və göyərmələr var. O, mənə dedi ki, saxlanılma zamanı ona fiziki təzyiqlər edib, döyüblər. Paltarlarını da tamamilə cırıblar. Yəqin ki, silahın üzərində onun DNT-si tapılsın deyə, əlcəkli əllərini qoltuğuna, başına qoyardılar.
Sübut edəcəyik ki, İoseb Babayevin avtomobilində bu silah olmayıb. Saxlanılması birbaşa onun fəallığı ilə bağlıdır. Saxlanılma zamanı polis məhz bu fəallığı qeyd edib və ona niyə onların [rus qanununun əleyhdarlarının] yanında olduğunu və s. soruşub”, - vəkil deyir.
İoseb Babayev Cinayət Məcəlləsinin qanunsuz silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan və 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan 236-cı maddəsi ilə saxlanılıb.
Gecə saatlarında polis Babayevin yaşadığı evdə də axtarış aparıb və saxlanılan şəxsin dostlarının verdiyi məlumata görə, orada qanunsuz heç bir şey aşkar edilməyib. “Bu, bizim fəallığımızla bağlıdır ki, biz mövcud olmayan hakimiyyətə qarşıyıq. Mən onun dostuyam və Sosonun silahı yox idi. Rus qanunu qüvvəyə minməmişdən əvvəl onlar mümkün qədər onun fəal əleyhdarları olan insanları qorxutmağa və onlardan yaxa qurtarmağa çalışırlar”, - saxlanılan şəxsin dostu Şota Xaribeqaşvili bildirib.
İoseb Babayevin “Resto Bar”ın girişində mühüm korrupsiya fəaliyyətlərində iştiraka görə ABŞ tərəfindən sanksiya tətbiq edilmiş cari və keçmiş hakimlər – Mixel Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzenin restorana girişini qadağan edən lövhə var.
Restoranın girişində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları da var. Rusiya tərəfindən Ukraynada müharibə başladıqdan sonra İoseb Babayev humanitar yardım prosesində fəal iştirak edib. O, Gürcüstanda müharibədən zərər çəkmiş ukraynalılara lazım olan məhsulları və əşyaları toplayıb Ukraynaya aparırdı.
Babayevə məxsus restoran şəhərin mərkəzində və turistlərin sıx olduğu yerdə yerləşir.