Gürcüstan cüdoçusu Quram Tuşişvili Qoridə keçirilən cüdo üzrə Çempionlar Liqasında on qat dünya və ikiqat olimpiya çempionu fransalı Teddi Rinerə qalib gəlib. Nəticədə Gürcüstanın “Moqabat” klubu Fransanın “Paris Sen-Jermen”inə yüksəlib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Mən xoşbəxtəm. Teddi Rineri məğlub etmək hər bir ağır çəkilinin arzusudur. Onların siyahısına özümü də əlavə etdim və çox xoşbəxtəm”, - 2018-ci ildə dünya çempionu adını qazanan Tuşişvili qələbədən sonra deyib.
Quram Tuşişvili və Teddi Riner 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatında da üz-üzə gəliblər. Daha sonra qələbəni fransız cüdoçu qazanıb.
Bu gün, noyabrın 26-da Qori şəhərinin İdman Sarayında klublararası Avropa çempionatı keçirilir. Çempionlar Liqasında 15 kişi və qadın klubu mübarizə aparır. Kişi klubları arasında üç Gürcüstan, iki Fransa və bir Serbiya, İspaniya və Yunanıstan klubları var. Çempionat əfsanəvi gürcü cüdoçusu Şota Çoçişvilinin xatirəsinə həsr olunub. Qalib klub mükafat olaraq 12 min avro alacaq.