Qurcaaninin Velisçixe kəndində gənc oğlan iki həmkəndlisini qətlə yetirib 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Qurcaani bələdiyyəsinin Velisçixe kəndində 32 yaşlı kişi həmkəndlilərini - 71 yaşlı təqaüdçüləri odlu silahdan atəş açaraq qətlə yetirib. Qətldə təqsirləndirilən Qiorqi Farsadanişvili saxlanılıb. Yerli sakinlərin sözlərinə görə, hadisədən əvvəl şifahi mübahisə olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu (iki nəfərə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxs əvvəllər də məhkum olub.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs həmkəndliləri - 1952-ci il təvəllüdlü Q.K və həmin il təvəllüdlü M.Z.-ya Qurcaani bələdiyyəsinin Velisçixe kəndində ölümcül xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs hadisədən az sonra saxlanılıb”, - Daxili Işlər Nazirliyindən bildirilib

İki və ya daha çox şəxsi qəsdən öldürmə 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İyunun 28-də də Kaxetidə qətl hadisəsi baş verib. Təqsirləndirilən 46 yaşlı qadın Saqarecoda qarşılıqlı mübahisə zəminində 77 yaşlı anasını soyuq silahla ölümcül yaralayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur