Daxili İşlər Nazirliyi rəssam Sandro Sulaberidzenin öz əsərini qalereyanın divarından götürərək yerində gürcücə “sənət canlı və müstəqildir” ifadəsini yazması faktı üzrə aparılan istintaq cinayət əlamətləri olmadığına görə dayandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“2023-cü il fevralın 4-də Daxili İşlər Nazirliyinə Gürcüstan Milli Qalereyasının sərgi salonundan müasir incəsənət nümunəsinin oğurlanması barədə məlumat daxil olub. Faktla bağlı müvafiq xidmətlər tərəfindən Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsi ilə araşdırma başlayıb. Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayətin əlamətləri olmadığından müvafiq olaraq prosessual-istintaq hərəkətləri həyata keçirildikdən sonra işin istintaqı dayandırılıb”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Sandro Sulaberidze Gürcüstan Milli Qalereyasının təşkil etdiyi “Güzgü ilə avtoportret” sərgisinin iştirakçısı olub. Sərgi zamanı o, öz əsərini yığışdırıb və divarda gürcücə ifadə yazıb - “ხელოვნება ცოცხალი და დამოუკიდებელია“ (Sənət canlı və müstəqildir). Bu səbəbdən sərginin kuratoru polisə çağırılıb və rəssama qarşı oğurluq maddəsi ilə cinayət işi başlanıb. Tədbirin təşkilatçıları divarı tamamilə bərpa edərək, ilkin görünüşünə qaytarıblar.
Rəssamlar və sərginin digər iştirakçıları bəyanat yayaraq, rəsmi qurumları rəssama qarşı təqibləri dərhal dayandırmağa çağırıblar, çünki bu, ifadə azadlığının məhdudlaşdırılmasıdır və rəssamın performansı bədii prosesin tərkib hissəsi idi.
Keçən il Salome Caşinin “Əhilləşdirmə” sənədli filminin kinoteatrda nümayişinə qadağa qoyulmuşdu. Film Bidzina İvanişvili və onun ağaclarından bəhs edir - “Gürcüstanın ən varlı və güclü adamının qeyri-adi hobbisi var. O, nəhəng, əsrlik ağacları toplayır. Onun göstərişi ilə nəhənglər dəniz sahilindən qazılaraq süni şəkildə yetişdirilmiş dendroloji parka köçürülür. Gözəl ağacların səyahətinin füsunkar mənzərəsi fonunda insanın təbiəti ram etməsi mövzusu və digər ümumbəşəri məsələlər işıqlandırılır”.