Milli Ətraf Mühit Agentliyi rusiyalı oliqarxın şəriki Davit Xidaşeliyə Raça və Kvemo Svanetidə 104 712 hektar meşə sahəsini 49 il müddətinə ov etmək üçün verdiyi xüsusi lisenziyanı ləğv edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Milli Ətraf Mühit Agentliyi 23 mart 2022-ci il tarixli 38/S saylı “HG Capra Caucasica” MMC şirkətinə Raçada ovçuluq təsərrüfatının təşkili üçün xüsusi lisenziyanın verilməsi haqqında sərəncamını etibarsız elan edib. Müvafiq olaraq, sözügedən sərəncam əsasında ovçuluq təsərrüfatına verilmiş xüsusi lisenziya (No000019) ləğv edilib.
“HG Capra Caucasica” şirkəti tərəfindən lisenziya öhdəlikləri yerinə yetirilmədiyinə görə bu ilin may ayında Ekoloji Nəzarət Departamenti tərəfindən müvafiq inzibati xəta protokolları tərtib edilib. Lisenziyalar və icazələr haqqında qanunda, eləcə də Ümumi İnzibati Məcəlləsi öhdəliklərin pozulması halları olduqda müəyyən hüquqi hərəkətlər nəzərdə tutulur. Buna əsaslanaraq, Milli Ətraf Mühit Agentliyi lisenziyanın etibarsız sayılması prosesinə başlayıb. İcraat çərçivəsində qurum faktiki halları araşdırıb; Maraqlı şəxslərin iştirakı ilə şifahi dinləmə keçirilib, tərəflərə lisenziya öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı öz rəy və arqumentlərini təqdim etmək imkanı verilib. Müzakirələr nəticəsində Milli Ətraf Mühit Agentliyi Raçada ovçuluq təsərrüfatının lisenziyasının etibarsız sayılması barədə qərar qəbul edib.
Qeyd etmək lazımdır ki, bütün inkişafyönümlü layihələrin dəstəklənməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir, lakin razılaşdırılmış şərtlər yerinə yetirilmədiyi təqdirdə qanunda nəzərdə tutulmuş tədbirlər görüləcək”, - Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılan bəyanatda deyilir.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri bir daha bildirib ki, Raçada qeyd olunan ərazidə qorunan ərazilərin yaradılması istiqamətində işlər aparılır ki, bura yerli əhalinin də cəlb olunması mühüm əhəmiyyət kəsb edəcək.
Noyabrın 18-dən nazirliyin binası yaxınlığında “Rioni Vadisinin Xilası Uğrunda” hərəkatı aksiya keçirir. Aksiya iştirakçılarının əsas tələbi lisenziyanın ləğvi olub. Hərəkatın rəhbəri Varlam Qoletianinin sözlərinə görə, onlar etirazı hələlik dayandırmaq fikrində deyillər, çünki onlar Raçada qorunan ərazilərin artırılması və yerli əhalinin bu prosesə cəlb olunması ilə bağlı nazirlə görüş tələb edirlər. Noyabrın 29-30-da noyabrın 18-də xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmadıqlarına görə təqsirli bilinərək saxlanılan hərəkat fəallarının məhkəməsi keçiriləcək.
Raça və Kvemo Svanetidə 104 712 hektar meşə sahəsinin 49 il müddətinə sanksiyaya məruz qalmış rus oliqarxının şərikinə verilməsi xəbəri ilk dəfə 22 aprel 2022-ci ildə “Dağ Xəbərləri” tərəfindən yayımlanıb.
Qeyri-hökumət təşkilatı “Yaşıl Alternativ” və “Raça İcma Təşkilatı” hökumətin qərarın; məhkəməyə şikayət edərək onun ləğvini tələb ediblər.
2023-cü il iyulun 17-də “Dağ Xəbərləri” jurnalist araşdırması – Raça meşələrinin işğalını dərc edib. Araşdırma zamanı çoxsaylı qanun pozuntuları və təhlükəsizlik məsələləri aşkar edilib.
İyulun 24-də “Yaşıl Alternativ” və “Mülki Fəallıqlar Mərkəzi” Baş Prokurorluğa müraciət edib. Qeyri-hökumət təşkilatları Oni bələdiyyəsinin keçmiş meri Emzar Sabanadze və onun birinci müavini Dimitri Sakvarelidzeyə qarşı mümkün məmur fırıldaqçılığı və rüşvət faktlarının araşdırılmasına başlanılmasını tələb ediblər.
İyulun 26-da Gürcüstan parlamentinin üzvləri Tamar Kordzaia, Teona Akubardiya və Xatuna Samnidze mətbuat konfransı keçirərək, prokurorluqdan qanun pozuntularının araşdırılmasını tələb ediblər. Deputatlar təhlükəsizliklə bağlı problemlərdən də danışıblar. Mətbuat konfransından əvvəl onlar Raçada işin təfərrüatları ilə tanış olub, yerli sakinlərlə görüşüblər.