Ərdoğan üçüncü müddətə Türkiyə prezidenti seçildi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gələrək ölkə prezidenti səlahiyyətlərini daha 5 il uzadıb. Bazar günü keçirilən səsvermədə Ərdoğan rəqibi, müxalifət alyansının namizədi Kamal Kılıçdaroğlundan təxminən 2 milyon çox səs toplayıb. 

Ərdoğan Gürcüstanda açılan seçki məntəqələrində, eləcə də birinci turda məğlub olub. Seçicilərin 33,33 faizi (339 səs) ona, 66,6 faizi (678 səs) Kılıçdaroğluna səs verib. Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili Ərdoğanı “inandırıcı şəkildə” yenidən Türkiyə lideri seçilməsi münasibətilə təbrik edib və onun türk xalqının bayramına qoşulduğunu bildirib: “Biz Gürcüstan və Türkiyə arasında dostluğu və strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırıq”,- deyib Qaribaşvili.

“Biz əvvəlki seçkilərdə olduğu kimi seçicilərin iradəsinə hörmətlə yanaşırıq. Tək biz qazanmadıq - Türkiyə qazandı, demokratiya qazandı! 28 May seçkilərinin uduzanı yoxdur, Türkiyənin 85 milyon əhalisinin hamısı qalibdir. Milli məqsəd və ideya naminə birləşməyin vaxtı çatıb… Türkiyənin son 10 ildə üzləşdiyi bütün çətinliklər və problemlər yalnız bu gün baş verənlərin qarşısını almaq məqsədi ilə yaradılıb”,- Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, hökumətin əsas prioriteti fevralın 6-da baş vermiş zəlzələnin nəticələrini və inflyasiyanın vurduğu ziyanı aradan qaldırmaqda qalacaq: “Türkiyədə istehlakçıları dəstəkləyəcək, istehsalçıların gəlirlərini artıracaq, əkinçilik və heyvandarlıq xərclərini azaldacaq yeni iqtisadi sistem tətbiq olunacaq. Milli təhlükəsizliyə təhdidlərə qarşı mübarizəni, o cümlədən Türkiyənin cənub sərhədləri boyunca terrorla mübarizəni gücləndirəcəyik”.

Kamal Kılıçdaroğlunun sözlərinə görə, ölkəni böyük çətinliklərin gözləməsi onu kədərləndirib. O, prezident seçkilərini Türkiyədə son illərdə keçirilən ən ədalətsiz seçki adlandırıb və bütün dövlət mexanizmlərinin bir siyasi partiya və bir adam üçün səfərbər edildiyini vurğulayıb.

“Bütün təzyiqlərə baxmayaraq, xalqın avtoritar rejimi dəyişmək istəyi bu seçkilərdə üzə çıxdı. Ölkəmizdə əsl demokratiya olana qədər bütün cəbhələrdə mübarizəmizi davam etdirəcəyik”,- “Xalq Cümhuriyyət Partiyası”nın lideri Kamal Kılıçdaroğlu deyib.

Rəcəb Tayyib Ərdoğan 20 ildir Türkiyəni idarə edir. 2003-cü ildə ölkənin baş naziri seçildikdən sonra Türkiyənin parlamentli respublikadan prezident respublikasına çevrilməsinin qayğısına qalmağa başladı. 2014-cü ildə baş nazir vəzifəsinin üçüncü müddətini başa vurduqdan sonra prezident seçildi. 2017-ci ildə Türkiyədə konstitusiya islahatı həyata keçirilib, nəticədə 95 illik parlament sistemi prezident üsul-idarəsi ilə əvəzlənib və prezident geniş səlahiyyətlər əldə edib. Ərdoğan 2018-ci ildə ikinci müddətə prezident vəzifəsinə seçilmişdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur