Respublika Xəstəxanasının həkimləri məhkəməyə müraciət edərək hökumətin xəstəxananın sökülməsi və onun bazasında yeni klinika tikilməsi nəzərdə tutan qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bundan əlavə, həkimlər yenidən təşkil prosesinin dayandırılmasını tələb edirlər. Onların fikrincə, Səhiyyə Nazirliyinin yenidən təşkillə bağlı qərarı tələsik və əsassızdır. Həkimlər etirazlarını dayandırmaq fikrində deyillər.
“Şikayət 630 nəfərin əmək hüquqlarının pozulmasından gedir. Fevralın 5-dək öz istəyimizlə Respublika Xəstəxanasını tərk etmək, müqaviləyə xitam verməklə bağlı ultimatumu dayandırılanadək biz təkliflərə baxmayacağıq belə”, - Respublika Xəstəxanasının Kardiologiya Xidmətinin rəhbəri Nino Otarişvili bildirib.
Həkimlər Səhiyyə Nazirliyinin təklif etdiyi təzminatdan, o cümlədən bölgələrə, başqa klinikalara işləməyə getməkdən imtina edirlər.
“Hakimiyyətin “görünməmiş” adlandırdığı təklif olunan kompensasiyalar həqiqətən də görünməmişdir, lakin müsbət mənada yox. Bu o deməkdir ki, təzminat alan şəxs sədaqət nümayiş etdirməli, istefa ərizəsi yazmalı və yalnız bundan sonra təzminat almalıdır. Dərc edilmiş şərtlərdə əmrdə yazılmış sonuncu bənd yoxdur - iştirak etmək istəmirsinizsə, yenə də işdən çıxarılacaqsınız və bir aylıq təzminat alacaqsınız. Regionlar üzrə bölgüyə gəlincə, bu, bərabər xidmət göstərilməsi demək deyil. Biz bunu nəzərə almayacağıq, çünki bizim məqsədimiz respublika xəstəxanasını qorumaqdır”, - cərrah Malxaz Qoqua deyir.
Respublika Xəstəxanasının sökülməsi ilə bağlı söhbətlər bir il əvvəl başlayıb və hökumətin 2024-cü il yanvarın 22-də keçirilən iclasında binanın sökülərək yerində yeni, çoxsahəli, 500 çarpayılıq klinikanın tikilməsi barədə qərar qəbul edilib. Səhiyyə Nazirliyi bildirir ki, bu qərar beş mütəxəssisisn rəyinə əsaslanır və ona əsasən, “klinikanın beynəlxalq standartlara cavab verməsi üçün binanın yenidən qurulması, əsas halda, qeyri-mümkündür və sərfəli deyil”.
Səhiyyə Nazirliyi Respublika Xəstəxanasının əməkdaşlarına aşağıdakı klinikalarda işə qəbul təklif edir: Ruxi Respublika Xəstəxanası, Batumi Respublika Xəstəxanası, Saçxere Rayon Xəstəxanası, Birinci Universitet Klinikası, İnqorokva Universiteti Klinikası, Pediatriya Akademik Klinikası, Geo Hospital Şəbəkəsi, Qafqaz Tibb Mərkəzi, Bokeriya Universiteti Xəstəxanası, Tbilisi Mərkəzi Xəstəxanası, İmedi Klinikası, Qərbi Gürcüstan Tibb Mərkəzi və Qərb Regional Müasir Tibbi Texnologiyalar Mərkəzi.
Kompensasiyalara gəlincə, Nazirlik respublikanın hazırkı işçilərinə aşağıdakıları təklif edir:
- Yalnız Respublika Xəstəxanasında işləyən işçiyə təzminat olaraq 12 aylıq birdəfəlik əmək haqqı veriləcək.
- Əgər klinika işçisi də başqa müəssisədə işləyirsə, ona təzminat olaraq 4 aylıq əmək haqqı verilir.
- Səhiyyə Nazirliyi tərəfindən 12 aylıq təzminatdan imtina edən tibb işçilərinə başqa tibb məntəqəsində eyni vəzifədə işləmək və 4 aylıq əməkhaqqı məbləğində təzminat təklif ediləcək.
- Başqa müəssisədə və Nazirlikdə işləməyən tibb işçiləri alternativ xidmət təklif edilə bilməsə, Nazirlik ona işə götürülənədək 3 il müddətində aylıq əmək haqqı ödəyəcək.
Respublika Xəstəxanasının həkimləri xəstəxananın 8 hektara qədər ərazisində şəxsi maraqların ola biləcəyindən ehtiyat edirlər. Onlar hökuməti binanın bərpası məsələsi ilə bağlı işçi qrup yaratmağa və onların fəaliyyətində iştirak etmək imkanı yaratmağa çağırırlar.